Mağazalarda 510 kq saxta ərzaq azkarlanıb

img

26-01-2012 [10:06]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən Averilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Xəzər rayonunda Binə qəsəbəsində Vaqif Salayevə məxsus mağazada və "Ailə market"də, Xətai rayonunda M.Hadi küçəsi, ev 1 ünvanında yerləşən "Mizan market"də, General Mehmandarov küçəsi, ev 2 ünvanında Rəhman İmanova məxsus mağazada, General Şıxlinski küçəsi, ev 1A ünvanında Mahir Quliyeva məxsus mağazada, Nəsrəddin Tusi küçəsi, ev 23 ünvanında Təşkilat Alıyevə məxsus mağazada, M.Rüstəmov küçəsi, ev 31 ünvanında Qoşqar Quliyevə məxsus mağazada, Nəsimi rayonunda Ş.Əzizbəyov küçəsi, 157 ünvanında yerləşən "24 saat market"də, X.Şuşinski küçəsi, ev 20 ünvanında Əli-Yusif Rzayevə məxsus mağazada, S.Vurğun küçəsi, 911-ci məhəllədə yerləşən "Anar market"də, Nərimanov rayonunda C.Hacıbəyli küçəsi, ev 36, mənzil 16 ünvanında Natiq Məmmədova məxsus mağazada, Nizami rayonunda R.Rüstəmov küçəsi, 2527-ci məhəllədə yerləşən "Emil market"də, Q.Qarayev prospekti, ev 76 C ünvanındakı "Evru market"də, Binəqədi rayonunda Binəqədi şosesi 53 ünvanında Mirbala Meybullayevə məxsus mağazada, Sumqayıt şəhərində 20 Yanvar küçəsi, 29-cu məhəllədə Natəvan Məmmədovaya məxsus mağazada, Şəki şəhərində S.Rəhman küçəsində Qüdrət İlyasova məxsus mağazada, Bərdə şəhərində H.Aslanov küçəsində Orxan İbrahimova məxsus mağazada, İ.Qayıbov küçəsində Yunis Zərgərova məxsus mağazada, Gəncə şəhərində M. Abbaszadə küçəsi, 72 ünvanında Nərminə Əsgərovaya məxsus mağazada, Şəmkir rayonunda Kür qəsəbəsində Xəyal Məmədova məxsus mağazada ümumi çəkisi 510 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Bundan başqa, qeyd olunan obyektlərdə malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən olunub. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA