BVF: "Neft 30 faiz bahalaza bilər"

img

26-01-2012 [02:21]


Beynəlxalq Valyuta Fondu (BVF) İran neftinin ixracına qoyulan embarqonun həyata keçiriləcəyi təqdirdə neftin qiymətinin 20-30 faiz bahalaşacağını deyir. BVF ekspertlərinin fikrincə, İran neftinə qoyulan embarqodan sonra İran Hörmüz boğazını bağlayarsa, nəticələr Liviya inqilabından sonra baş verənlərdən daha faciəvi və irimiqyaslı olacaq. Hörmüz boğazı ilə ildə dünyada hasil edilən neftin 40 faizi ixrac olunur. Bura əsasən İraq, Küveyt və Səudiyyə Ərəbistanı kimi ölkələrin nefti daxildir. "Hörmüz boğazının blokadası regionda geosiyasi gərginliyi gücləndirəcək və özü ilə qeyri-stabillik gətirəcək", - bu barədə BVF-nin "böyük iyirmilik" ölkələrinə müraciətində bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA