"Bank Standard?ın ?Kartla ödə, ?APPLE? qazan!? aksiyasının I mərhələsinin qalibləri müəyyən olundu

img

25-01-2012 [01:26]


Yanvarın 24-də ?Bank Standard?ın baş ofisində müştərilərə loyallıq proqramı, həmçinin kart vasitəsilə ödənişləri stimullaşdırmaq proqramı çərçivəsində ?Kartla ödə, ?APPLE? qazan!? aksiyasının I mərhələsinin lotereyası keçirildi. Lotereyanın qalibiləri Seyidova Gülnarə, Quliyev Elçin, Məmmədov Elman, Hüseynova Lalə, Nəcməddin Sadıxov, Qarayev Fuad, Əzizov Əhməd, Elvin Heydərov, Seyidov Məmməd və Darling Loren Endryu oldular. Qaliblər öz uduşlarını təhvil almaq üçün tirajın keçirilmə tarixindən etibarən 90 iş günü ərzində Bankın Baş ofisinə (Bakı, Azərbaycan pr., 4) müraciət edə bilərlər. Qeyd edək ki, ?Kartla ödə, ?APPLE? qazan!? geniş həcmli aksiyası ?Bank Standard? tərəfindən buraxılan kart sahibiləri üçün nəzərdə tutulub. Aksiya 4 mərhələdə keçirilir və 2012-ci ilin sentyabr ayının sonunadək davam edəcək. Bu mərhələlərin hər birində ardıcıl olaraq 10 ədəd MacBook Pro noutbuku, daha sonra 10 ədəd i-Pad2 planşeti, 10 ədəd i-Phone mobil telefonu və nəhayət 10 ədəd MacBook Air noutbuku oynanılır. Yanvarın 1-dən mart ayının 31-dək davam edəcək aksiyanın növbəti, sayca II mərhələsinin uduş fondunu 10 ədəd i-Pad2 planşeti təşkil edir. Aksiyada iştirak etmək üçün bankın plastik kartı ilə POS-terminal, bankomat (ATM), habelə ?Mobil Bank? xidməti vasitəsilə və ya İnternetdə ödənış aparmaq lazımdır. Kartlar vasitəsilə ödənilən hər 10 şərti vahid (AZN, USD, GBP, EUR) kart sahibinə bir lotereya şansı qazandırır. Lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, ?Bank Standard?ın kart məhsullarını əldə etmək müqabilində də verilir. Bankın uduşlu aksiyaları haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından, bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA