Vahid Əhmədov iqtisadi uğurlardan danızıb

img

24-01-2012 [01:23]


?2011-ci il iqtisadi cəhətdən Azərbaycan üçün uğurlu il olub. Dünyada baş verən qlobal maliyyə böhranının fonunda ölkəmizdə iqtisadi vəziyyət bunu sübut edir?. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. V.Əhmədov xatırladıb ki, 2008-ci ilin sentyabr ayından bu yana ABŞ-dan başlamış maliyyə böhranı 2011-ci ildə Avropanı bürüdü və bu gün də davam edir. Onun sözlərinə görə, Azərbaycan da Avropaya inteqrasiya edən bir dövlətdir, dünya ölkələri ilə geniş iqtisadi əlaqələri var. Amma düzgün iqtisadi siyasət nəticəsində bu böhran ölkəmizə təsir etməyib. Millət vəkilinin fikrincə, ölkəmizdə aparılan iqtisadi siyasət, cənab Prezidentin irəli sürdüyü proqramların yerinə yetirilməsi, manatın məzənnəsinin qorunub saxlanılması, əməkhaqlarında müəyyən artımların olması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlı iqtisadiyyatdır. ?Hesab edirəm ki, Azərbaycan 2011-ci ili uğurla başa vurdu. Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, Azərbaycanın diqqətində olan əsas məsələ qeyri-neft sektorunun inkişafıdır. Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət daha da artmaqdadır. Sənaye parklarının yaradılması, kənd təsərrüfatına əlavə investisiya qoyuluşu, insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində işlər davam edir?- deyə V.Əhmədov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA