660 nəfər vəzifəli zəxs və vətəndaz 810 min manat cərimə olunub

img

24-01-2012 [11:35]


Bu ilin əvvəlinə olan məlumata görə, flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün Azərbaycanda ümumi sahəsi 209,3 min hektar olan 11 dövlət qoruğu və sahəsi 310,5 min hektar olan 8 milli park mövcuddur. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 2011-ci ildə 1361 müəssisədə aparılan müayinələr nəticəsində su hövzələrin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər dörd müəssisədən birində və atmosfer havasının çirkləndirilməsi üzrə müayinə ilə əhatə olunmuş hər yeddi müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb. Müayinələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən aparılıb. Məlumatda bildirilir ki, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 660 nəfər vəzifəli şəxs və vətəndaşdan 810 min manat məbləğində cərimə tutulub. Bundan başqa, 366 müəssisəyə qarşı qaldırılmış iddialara əsasən həmin müəssisələr 130,1 min manat həcmində cərimə ödəyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA