Vüqar Bayramov: "Taksi sürücülərinə kompensasiya ödənməlidir"

img

23-01-2012 [04:06]


[b]?Kompensasiyalar hazırkı problemin həllində atıla biləcək yeganə addım kimi görsənir? [/b] Məlum olduğu kimi Nəqliyyat Nazirliyi 2007-ci ilə qədər istehsal olunan, eləcə də Rusiya istehsalı olan avtomobillərdən taksi kimi istifadə edilməsinə qadağa qoyub. Bununla bərabər fəaliyyətin lisenziyalaşdırılması şərtlərini sərtləşdirib. Paytaxtda taksi kimi yalnız Avropa İqtisadi Komissiyasının təsnifatına daxil edilən sərnişin minik avtomobilləri istifadəyə icazə verib. Onu da bildirək ki, Nəqliyyat Nazirliyinin ötən ilə olan məlumatına görə, Bakı şəhərində taksilərə olan tələbat 3500 avtomobil təşkil edir. Paytaxtda rəsmi qeydiyyatdan keçərək lisenziyalı fəaliyyət göstərən taksilərin sayı isə 7 mindir. Qeyri-rəsmi fəaliyyət göstərən taksiləri də nəzərə aldıqda Bakıda təxminən 15 minə yaxın avtomobil taksi fəaliyyəti ilə məşğul olur. Iqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun fikrincə, yaranmış problemin həllinə yalnız nəqliyyat sistemində aparılan islahat kimi deyil,eyni zamanda sosial islahat kimi yanaşılmalıdır: ? Bütün hallarda Bakıda, eləcə də digər bölgələrdə 2007-ci ilə qədər istehsal olunan, eləcə də Rusiya istehsalı olan avtomobillərdən taksi kimi istifadənin qadağan edilməsi islahat kimi doğru addımdır. Bu həm təhlükəsizlik baxımından əhəmiyyətlidir. həm də eyni növ avtomobillərin taksi kimi fəaliyyət göstərməsi üçün vacibdir. Dünyanın heç bir nkişaf etmiş və ya inkişaf etməkdə olan ölkəsində müxtəlif markalı avtomobillərdən taksi kimi istifadə edilmir. Bakıda eyni növ və rəngli avtomobillərdən taksi kimi istifadə edilməsinə dair tələb nəqliyyat islahatlarının bir hissəsi kimi başa düşüləndir. Lakin inkişaf etmiş ölkələrdə belə islahatlar aparılan zaman onların sosial tərəfləri də nəzərə alınır?. V.Bayramov deyir ki, sovet maşınlarından taksi fəaliyyəti üçün istifadə edənlərin böyük qismi aztəminatlı ailələrdir: ?Onlara taksi fəlaiyyətinin qadağan edilməsi özünün və ya ailəsinin gündəlik ərzaqla təmin olunmasında ciddi problem yarada bilər.Digər tərəfdən indiki halda taksi fəaliyyəti ilə məşğul olanların tez bir zamanda iş tapmaları real görsənmir. Məşğulluq problem onlar üçün çox ciddidir. Hesab edirik ki, taksi fəaliyyəti ləğv edilən sürücülərə müəyyən müddətə kompensasiyaların ödənilməsinə ehtiyac var. Nəqliyyat Nazirliyi taksi fəaliyyəti ilə bağlı lisenziyalar verdiyi üçün qurumda taksi fəaliyyəti qadağan edilən sürücülərin sayına dair dəqiq rəqəmlər var. Hansıki bu, kompensasiya ödəniləcək insanların sayını müəyyən etməyə imkan verir? İqtisadçının sözlərinə görə, keçid dövrü yaşayan ölkələrdə belə islahatlar zamanı iş yerlərini itirən şəxslərə müəyyən müddətə kompensasiya ödənilir: ?Bu bir sıra ölkələrdə 3 aydan 9 aya qədər müddəti əhatə edir. Taksi sürücülərinin əksəriyyətinin ixtisaslı kadr olmadığını nəzərə alsaq onların yeni işlə təminatı vaxt tələb edir. O səbəbdən ABŞ-da olduğu kimi onlara 8 ay müddətinə kompensasiya ödənilməklə yanaşı, ixtisasa sahib olmaları üçün pulsuz təlimlər keçilməlidir. Məşğulluq idarələri pulsuz təlimlər təklif edir.Həmin insanlar məşğulluq idarələrində təşkil edilən təlimlərə cəlb oluna bilərlər?. V.Bayramov deyir ki, kompensasiya verilən müddətdə taksi sürücüsü iş tapmazsa, müddət uzadılmayacaq: ?Kompensasiya ödənilən müddətdə yeni iş yerinin tapılması taksi sürücüsünün birbaşa vəzifəsi olmalıdır. Kompensasiyalar hazırkı problemin həllində atıla biləcək yeganə addım kimi görsənir. Bununla bağlı maliyyə mənbələri də var. Belə ki, Nəqliyyat Nazırliyinin resirslarından kompensasiyaların verilməsinə vəsait yönəltmək mümkündür. Sürücülərlə aparılan sorğular onların aylıq gəlirlərinin 300 manat olduğunu görsətirir. 8 ayda hər bir taksi sürücüsünə 300 manat ödənilə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA