Dövlət zəxsi mənzili olan köçkünlərinə ev verməyəcək

img

23-01-2012 [11:56]


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edilən qərarla ?Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması?na dəyişiklik edilib. Nazirlər Kabinetindən verilən məlumata görə, dəyişikliklərə əsasən, müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər xüsusi təyinatlı yaşayış sahələrində kirayə haqqı ödəmədən yaşayacaqlar. Müqavilə formasına kirayə haqqının ödənilməsi ilə bağlı hissələrə ?(müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla)? sözləri əlavə edilib. Qərarda nəzərdə tutulan digər mühüm dəyişiklik məcburi köçkünlərin xüsusi təyinatlı yaşayış sahəsində yaşamasına xitam verilməsini tənzimləyir. Dəyişikliyə əsasən, müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlərlə kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Kirayə müqaviləsi o zaman ləğv edilə bilər ki, kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamasın, bu sahədən yaşayış yeri kimi istifadə etməsin. Bundan başqa, xüsusi təyinatlı yaşayış sahələrində məcburi köçkünlərin yaşamasına o zaman xitam verilə bilər ki, kirayəçi və ailə üzvləri qanuna uyğun olaraq öz vəsaitləri hesabına ayrıca yaşayış sahəsi (ev, mənzil) əldə etsinlər. Amma bu, ayrı təsərrüfatın yaranması halına aid deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA