Sahibkarın əmlakı əlindən alınıb

img

16-01-2012 [06:42]


Yanvarın 16-da Apelyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə sahibkar, ?Oğuz-9? ASC-nin idarə heyətinin sədri Şirin Şuminovun şikayətinə baxılıb. İddiaçı tərəfdən prosesə yeni vəkil, cavabdeh tərəf ? Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) isə yeni nümayəndə cəlb olunduğu üçün məhkəmədə tərəflərə işlə tanış olmaq üçün 10 gün vaxt verib. Prosesdə Ş.Şuminov ƏMDK-nin nümayəndəsinə bir neçə sualla müraciət edib. Sahibkar bildirib ki, ƏMDK onun əmlakını və torpağını əlindən alsa da, əvəzində nə pul, nə də başqa yerdə topraq sahəsi verməyib. Bunu sahibkarlıq fəaliyyətinə ciddi maneə kimi qiymətləndirən Şirin Şuminovun sualları cavabsız qalıb. Xatırladaq ki, Prezidentin 29 mart 2001-ci il tarixli, 672 saylı, ?Damazlıq quşçuluq təsərrüfatının özəlləşdirilməsi haqqında? sərəncamının icrası ilə əlaqədar, İqtisadi İnkişaf Nazirliyinin 29 noyabr 2001-ci il tarixli 254 saylı sərəncamı ilə Oğuz rayonu Qarabaldır kəndində 125 hektar torpaq sahəsində ?Oğuz Reproduktor Quşçuluq? (hazırkı adı ?Oğuz-9?) ASC yaradılıb. 2001-ci ildə özəlləşdirmə çekləri ilə 15 faiz əmək kollektivinə, 55 faizi Səhm Ticarət Mərkəzində satılıb. 2006-cı ildə Dövlətdə qalan 30 faiz isə auksion vasitəsilə satılaraq, ASC tam özəlləşdirilib və yeni nizamnaməsi təsdiq edilib. İddiaçının hüquqlarını müdafiə edən vəkil Yunis Vəliyevin dediyinə görə, göstərilən sərəncamın verilməsi üçün əsas olmuş Oğuz rayon İcra Hakimiyyətinin vəsatətində ASC-nin hüquqi statusu təhrif edilərək Nazirlər Kabinetinə dövlət müəssisəsi kimi təqdim edilib: ?Göstərilən sərəncamla tanış olduqdan sonra bizə məlum oldu ki, Oğu-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar Oğuz rayonunun inzibati ərazisindəki hissəsinin mühafizə zolağında yerləşən və xüsusi mülkiyyətdə olan torpaq sahələrini eyni ölçüdə torpaq sahələri ilə əvəzləndirilməsi üçün müxtəlif orqanlarından torpaqlar alınaraq əvəzində həmin təşkilatlara digər yerlərdən torpaqlar verilib. Həmin sərəncama əsasən, nədənsə təkcə ASC-dən alınan və onlara istinadən külli miqdarda sərmayə qoyulmuş torpaqlara görə nə digər yerlərdə torpaq, nə də digər ödənişlərin edilməsi nəzərdə tutulmayıb?. 2009-cu ilin sentyabrdan məhkəmə çəkişmələrinə girərək hüquqlarının bərpa olunmasına çalışan ?Oğuz-9? ASC hələ də müsbət bir nəticə əldə edə bilməyib. Əvəzində isə indiyədək 10-a qədər məhkəmə prosesində haqsızlıqla üzləşib: ?2009-cu ildə 1 saylı Bakı İqtisadi Məhkəməsinə müraciət etdik. Məhkəmə özünün 20 oktyabr 2009-cu il tarixli Qərardadı ilə ərizəmizi təmin edərək onu dərhal icraya yönəltdi. Bundan sonra, Əmlak Məsələləri Dövlət Komitəsi özünün 25 noyabr 2009-cu il tarixli qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, verilmiş sərəncamla əlaqədar, ASC-nin daimi istifadəsində olan torpaq sahələrinin hamısına dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bundan sonra Oğuz rayon İH-nin sabiq başçısı nömrəsi və tarixi olmayan ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, mübahisə predmeti və 144 ailənin yeganə gəlir mənbəyi olan həmin torpaqlar göstərilən ailələrə paylanmasa (sonradan həmin ailələrin sayı 167-yı çatdırıldı), 2010-cu ildə həmin ailələr çörəksiz qalmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Bizim qəti etirazlarımıza baxmayaraq məhkəmə qərardadı ləğv etdirildi. Göstərilən qərardadlardan Ali Məhkəmə də daxil olmaqla, bütün instansiyalara etdiyimiz şikayətlər təmin edilmədi. Daha bir neçə məhkəmə instansiyasında qərəzli qərarlar çıxarıldı. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti hazırda məhkəmənin icraatındadır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA