Parabank kreditləzmə zərtlərini asanlazdırır

img

11-01-2012 [11:20]


Müştərilərin rahatlığını və məmnunluğunu təmin etmək məqsədilə Parabank kredit borcunun ödəniş şərtlərini asanlaşdırdı. İndi kredit alan müştəri qabaqcadan ona rahat olan aylıq ödəniş tarixini təyin edə bilər. Bundan savayı Parabank təkrar və etibarlı müştərilərinin (müsbət kredit tarixçəsinə malik olan müştərilər) kredit tarixçələrini müsbət olmasını təmin etmək məqsədilə kredit borcunun aylıq ödənişlərində gecikmələr üzrə güzəştli müddəti uzadır. Məsələn, bankdan 2-ci dəfə kredit götürən müştəri obyetkiv səbəblərdən aylıq ödənişini 4 gündən artıq olmamaq şərtilə gec apardıqda ona cərimə hesablanmır, bununla cuzi gecikmələr müştərinin kredit tarixçəsinə mənfi təsir göstərmir. Aylıq ödənişində güzəştli dövrün müddəti müştərinin dövriliyinə müvafiq olaraq artır (4, 5, 6, 7, 8 və 9 gün). Bütün bu imtiyazlar müştərilərin mənafeyinin qorunması prinsiplərinə əsasən tətbiq edilir. Qeyd edək ki, Parabank təkrar müştərilər üçün bir sıra imtiyaz proqramlarını tətbiq edir və növbəti dəfə kredit rəsmiləşdirən müştərilərə kreditin faiz dərəcəsində, məbləğində, müddətində və həmçinin ümumi güzəştli dövrdə güzəştlər təklif edir. Ətraflı məlumat üçün bankı 139 Məlumat Mərkəzinə zəng edə biləsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA