2012-ci ildə Azərbaycan iqtisadiyyatına proqnozlar

img

05-01-2012 [03:51]


İki əsas göstərici- Daxili Məhsul və inflyasiya üzrə 2012-ci ildə Azərbaycan iqtisadiyyatına hansı proqnozlar verilir? Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi əsas qurumların verdiyi proqnozların cədvəlini düzəldib. Bu cədvəldə 2012-ci ildə Azərbaycan iqtisadiyyatına proqnozlar öz əksini tapıb. Azərbaycanda 2012-ci ildə Daxili Məhsulun artımı: Avropa Yenidənqurma və İnkişaf Bankı ? 3% Beynəlxalq Valyuta Fondu - 7,1% (əvvəlki proqnoz 2,5% idi) Dünya Bankı - 6,1% Azərbaycan hökuməti ? 5,7% Asiya İnkişaf Bankı ? 5,8% Qara Dəniz Ticarət və İnkişaf Bankı ? 4,1% Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzi- 3,7% Azərbaycanda 2012-ci ildə inflyasiyanın artımı: Avropa Yenidənqurma və İnkişaf Bankı ? 7% Beynəlxalq Valyuta Fondu - 10,3% Azərbaycan hökuməti ? 6,0% Asiya İnkişaf Bankı ? 7,0% Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzi- 11,5% Qeyri-hökumət təşkilatı olan Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzinin fikrincə, Daxili Məhsulun artımına Beynəlxalq Valyuta Fondunun gözlənilmədən verdiyi 7 % proqnozu realistik görünmür. Çünki bu il Azərbaycanda neft istehsalı əvvəki ildəki 46 milyon tondan 44 milyona düşəcək. Dünya iqtisadiyyatında tənəzzül qeyri-neft sektorunda ixracın kəskin artmasına imkan vermir. Azərbaycan qitisadiyyatının neftdən asılılığı qalır və hətta arta bilər. Büdcənin 60 faizi neft fondundan gəlir. Və nəhayət, aparılan iqtisadi islahatlar kəskin irəliləyişə zəmin yaratmayıb. Ancaq ola bilər, BVF-nun proqnozu təbii qaz ixracının kəskin artacağına əsaslanır. İnflyasiyaya gəlincə, Azərbaycan Mərkəzi Bankı inflyasiyanı bir rəqəmli səviyyədə saxlayacağını elan edib. Bank bildirib ki, inflyasiya 6 %-i keçməməlidir. 2011-ci ilin dekabrında Dövlət Statistika Komitəsinin məlumatına görə inflyasiya 11 % idi. Dünya iqtisadi vəziyyət kəskin pisləşməsə, Azərbaycanın xarici valyuta ehtiyatı manatın məzənnəsini nisbətən sabit saxlamağa imkan verməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA