30-12-2011 [01:53]
Dekabrin 30-da Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirib. S.Müslümov bildirib ki, 2011-ci ildə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 4 sərəncamı uğurla icra olunub.
Belə ki:
- Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2011-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunub;
- ölkə başçısının 03 may 2011-ci il tarixli ?1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə? Sərəncamına əsasən təxminən 32 400 nəfərdən artıq şəxsə birdəfəlik maddi yardımın çatdırılması təmin edilib;
- pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya təminatındakı fərqlərin aradan qaldırılması məqsədilə ?Əmək pensiyaları haqqında? Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyin tətbiqi nəticəsində cari il iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyalar yenidən hesablanmış və 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılmışdır. Bununla da bütün pensiyaçıların 97,4 faizi yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlamışlar. Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu proses tam gerçəkləşdirilib.
- ?Əmək pensiyaları haqqında? Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə edilən digər dəyişiklik nəticəsində Azərbaycanda elmi dərəcəsi olanların əmək pensiyalarına əlavələr edilib. Elmi tədqiqat və ya tədris müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat məbləğində, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanmışdır. Artımlar təxminən 5960 nəfər pensiyaçıya şamil olunmuşdur. Onlardan 1460 nəfəri elmlər doktoru, 4500 nəfərə yaxını isə elmlər namizədidir.
S.Müslümov nəzərə çatdırıb ki, görülən bütün bu tədbirlər nəticəsində əmək pensiyalarının orta aylıq məbləği 2011-ci ilin əvvəlinə nisbətən 28,4 faiz artaraq 145 manat, o cümlədən yaşa görə pensiyalar üzrə 160 manatı ötüb.
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq görülən tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənib. İlkin məlumatlara əsasən, fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı ilin əvvəli ilə müqayisədə 9,23 faiz artmışdır. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 966 607 nəfərə yüksəlib.
DSMF sədri qeyd edib ki, hesabat dövrü ərzində kənd yerlərində yaşayan pensiyaçıların pensiyalarının plastik kartlarla ödənilməsi genişləndirilib. Hazırda pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99,0%-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,4 %-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunmuşdur. ?əkcə bu il Fondun sifarişi ilə əlavə olaraq 15 bankomat quraşdırılıb və pensiyaçılara xidmət göstərən bankomatların sayı 512-yə çatdırılıb.
S.Müslümov vurğulayıb ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2012-ci ildə də davam etdiriləcək. DSMF-nin növbəti ilə pensiya xərcləri 2322,5 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 13,4% və ya 275,1 mln. manat çoxdur. Pensiya xərclərinin 56%-i və ya 1261 mln. manatı əmək pensiyalarının baza hissəsinin, 44%-i və ya 1020 mln. manatı isə sığorta hissəsinin payına düşür ki, bu da 2011-ci ilə nisbətən sığorta hissəsinin xüsusi çəkisinin 8,3% artması deməkdir: ?Başqa sözlə, ölkənin sığorta-pensiya sistemində getdikcə sığorta prinsiplərinin gücləndirilməsi davam etdiriləcəkdir. Növbəti ildə pensiyaların sığorta hissəsinin artımına cəmi 290 mln. manat vəsait yönəldiləcəkdir ki, bunun da 200 mln. manatı 2010-cu ilin 1 yanvarına qədər pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması nəticəsində onların pensiyalarının sığorta hissəsinin yaranması və artırılmasına, 22 mln. manatı sistemə 2011-ci ildə daxil olacaq pensiyaçıların pensiyalarının sığorta hissəsinin sistemdən çıxan pensiyaçılarınkından yüksək olan hissəsinin maliyyələşdirilməsinə, 68 mln. manatı isə əmək pensiyalarının sığorta hissəsinin 2011-ci ilin istehlak qiymətlərinin gözlənilən artımına uyğun indeksləşdirilməsinə yönəldiləcəkdir. Göründüyü kimi, sonuncu islahat tədbirləri indeksləşdirmənin bütün pensiyaçılara şamil olunması imkanını ortaya qoymuşdur, çünki artıq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi mövcuddur?.#305;