Bayramda izıqlar sömnəyəcək

img

28-12-2011 [12:02]


?Bakıelektrikşəbəkə? ASC-nin əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2012-ci il bayram günləri gücləndirilmiş iş rejimində çalışacaqlar. ASC-dən verilən məlumata görə, bayram və istirahət günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcəklər. Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin edəcəklər. Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib. ?Bakıelektrikşəbəkə? ASC Abonentlərinin nəzərinə çatdırır ki, bu qış ötən ilki illərdəkindən fərqli olaraq elektrik enerjisi təchizatı daha keyfiyyət və dayanıqlı olacaq. Son beş il ərzində paytaxtın elektrik şəbəkəsində aparılan yenidənqurma, təmir-bərpa işləri nəticəsində şəbəkənin qoyuluş gücü 70% artıb. Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında ?199 - Qəza Xidməti?nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq. ?Bakıelektrikşəbəkə? ASC Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, firavan həyat və işıqlı gələcək arzulayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA