Bakıdakı ucuz bayram yarmarkalarının siyahı

img

22-12-2011 [06:15]


Yeni il bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq mallarına tələbatı artır. Bunu nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcək. Yarmarkalar 28-31 dekabr 2011-ci il tarixlərində aşağıdakı ünvanlarda təşkil olunacaqdır: Binəqədi rayonu - Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyin həyəti - Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə Xətai rayonu - Bakı kinoteatırının yanı - Məhəmməd Hadi küçəsi, Əhmədli metrosunun çıxışı Nərimanov rayonu - Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi - Keşlə bazarının ərazisi Nəsimi rayonu - "Təzə bazar"ın ərazisi - 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi Nizami rayonu - "8-ci km" bazarının ərazisi - Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmiryol vağzalının yanı Səbail rayonu - Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı Suraxanı rayonu - Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2 - Qaraçuxur qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı Yasamal rayonu - Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA