Evlərin qiyməti bahalazacaq

img

21-12-2011 [02:44]


Maliyyə Nazirliyi yaşayış evləri və mənzillər üçün icbari sığorta haqlarının məbləğini təsdiqləyib. Bu məbləğ yaşayış evləri və mənzillər üçün sığorta tarifi -nin 0,2%-i həcmində müəyyən edilib. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki əmlak üzrə 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə isə 15 min manat nəzərdə tutulub. Nəticədə Bakıda yaşayış evləri və mənzillərin icbari sığortası 50 manata, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manata, digər yaşayış məntəqələrində isə 30 manata başa gələcək. Sığorta tarifi əhalinin gəlirlərinə uyğun gəlmir İqtisadi və Sosial İnkişaf Mərkəzindən (İSİM) qəzetimizə daxil olan məlumatda bildirilir ki, daşınmaz əmlakın icbari sığortası üzrə müəyyənləşdirilən sığorta tarifləri əmlakın saxlanılma xərclərini artıracaq. Xüsusilə vətəndaş əmlakını satışa çıxaran zaman saxlanılma xərclərini də satış qiymətinə əlavə edəcək. Bu da mənzillərin qiymətinin yenidən artımına gətirib çıxaracaq: ?Ümumilikdə daşınmaz əmlakın icbari sığortası ilə bağlı narazılıqların böyük qismi sosial vəziyyətlə bağlıdır. Belə ki, sığorta tarifi ölkənin hazırkı yaşam standartları, eləcə də əməkhaqlarının, təqaüdlərin, sosial ödənişlərin məbləği ilə uyğun gəlmir. Azərbaycanda orta təqaüd 113 manat, orta əməkhaqqı səviyyəsi dövlət sektorunda 298 manat, qeyri - dövlət sektorunda 357,2 manatdır. Ölkədə əhalinin qazancının əsaslı hissəsinin zəruri istehlak mallarının alınmasına yönəldiyini və ölkədəki inflyasiyanın artım tempini nəzərə alsaq, vətəndaşlar gələcəkdə də sığorta tariflərini ödəməkdə çətinlik çəkəcəklər. Problemin digər tərəfi belə sığorta prosedurlarının formal xarakter daşımasıdır. Yəni vətəndaşlardan sığorta haqları yığılır, lakin hər hansı hadisə baş verdiyi zaman sığortalıya yardım edilmir. Eyni zamanda sığorta haqqının ödənilməməsinin tətbiqi ilə bağlı mexanizm yoxdur?. İSİM ekspertlərinin fikrincə, daşınmaz əmlakın icbari sığortası zamanı sığorta şirkətlərinin sığorta prosesindən müəyyən qədər yararlanması ehtimalı da yüksəkdir: ?Avtomobil sığortasında olduğu kimi, insanların problemlə üzləşən zaman sığorta şirkətindən vəsait ala biləcəklərinə dair əminlik yoxdur. Bundan əlavə, daşınmaz əmlakın sığortaya cəlb edilməsi zamanı onun qiymətləndirilməsi də əsas problemlərdən biri hesab olunur?. Sərnişinlərin icbari sığorta haqları da açıqlanıb Məlumat üçün onu da bildirək ki, Maliyyə Nazirliyi sərnişinlərin icbari qəza sığortası üzrə sığorta haqlarının məbləğini də müəyyənləşdirib. Nəqliyyat vasitəsində olan bir sərnişin yeri üzrə illik sığorta haqqı məbləğləri hava nəqliyyatı vasitələri üçün 14 manat, su nəqliyyatı vasitələri üçün 5 manat, dəmiryolu nəqliyyatı vasitələri üçün 3 manat, avtomobil nəqliyyatı vasitələri üçün 6 manat həddində müəyyən edilib.#601;rcl#601; olan bir s

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA