Bakıda ucuz bayram yarmarkaları təzkil olunacaq

img

20-12-2011 [02:14]


Yeni il bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq mallarına tələbatı artır. Bunu nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcək. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib ki,istehlakçılar bu yarmarkalarda müxtəlif ərzaq mallarını daha ucuz qiymətə əldə edə biləcəklər. Yarmarkaların təşkil ediləcəyi tarixlər və ünvanlar barədə tezliklə əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA