Əmlakın saxlanma xərcləri artırıldı

img

19-12-2011 [03:42]


[b]Ekspertlərin fikrincə, sığorta tariflərini ödəmək vətəndaşlara çətinlik yaradacaq [/b] Maliyyə Nazirliyi yaşayış evləri və mənzillər üçün icbari sığorta haqlarının məbləğini təsdiqləyib. Bu məbləğ yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki əmlak üzrə 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə isə 15 min manat nəzərdə tutulub.Nəticədə, Bakda yaşayış evləri və mənzillərin icbari sığortası 50 manata, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manata, digər yaşayış məntəqələrində isə 30 manata başa gələcək. Yeri gəlmişkən nazirliyin təsdiqlədiyi ?Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası?na əsasən, digər daşınmaz əmlakın icbari sığortası üçün sığorta tarifləri onların qiymətləri hansı risk qruplarına aid olmalarından asılıdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertlərinin açıqlamasına görə, daşınmaz əmlakın icbari sığortası üzrə müəyyənləşdirlən sığorta tarifləri əmlakın saxlanılma xərclərini artıracaq. Xüsusilə vətəndaş əmlakını satışa çıxaran zaman saxlanılma xərclərini də satış qiymətinə əlavə edəcək. Bu da mənzillərin qiymətinin yenidən artımına gətirib çıxaracaq: ?Ümumilikdə daşınmaz əmlakın icbari sığortası ilə bağlı narazılıqların böyük qismi sosial vəziyyətlə bağlıdır Belə ki, sığorta tarifi Bakı şəhəri üçün 50 manat, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri üçün 40 manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə 30 manat təşkil edəcək. Bu isə ölkənin hazırkı yaşam standartları, eləcə də əməkhaqlarının, təqaüdlərin, sosial ödənişlərin məbləği ilə uyğun gəlmir.Belə ki, Azərbaycanda orta təqaüd 113 manat, orta əməkhaqqı səviyyəsi dövlət sektorunda 298 manat, qeyri - dövlət sektorunda 357,2 manat, sosial müavinətin bir nəfərə düşən orta aylıq məbləği 39,68 manatdır. Hökümət 2012-ci ildə orta əməkhaqqını 431 manata, 2013-cü ildə 485 manata, 2014-cü ildə isə 551 manata çatdırmağı planlaşdırır.Ölkədə əhalinin qazancının əsaslı hissəsinin zəruri istehlak mallarının alınmasına yönəldiyini və ölkədəki inflyasiyanın artım termpini nəzərə alsaq vətəndaşlar gələcəkdə də sığorta tariflərini ödəməkdə çətinliklər yaşayacaqlar. Problemin digər tərəfi belə sığorta prosedurlarının formal xarakter daşımasıdır. Yəni vətəndaşlardan sığorta haqqları yığırlır, lakin hər hansı hadisə baş verdiyi zaman sığortalıya yardım edilmir.Eyni zamanda sığorta haqqının ödənilməməsinin tətbiqi ilə bağlı mexanizm yoxdu?. Mərkəz ekspertlərinin fikrincə, daşınmaz əmlakın icbari sığortası zamanı sığorta şirkətlərinin sığorta prosesindən müəyyən qədər yararlanması ehtimalı da yüksəkdir: ?Avtomobil sığortasında olduğu kimi insanlar problemlə üzləşən zaman sığorta şirkətindən vəsait ala biləcəklərinə dair əminlik yoxdur. Bundan əlavə daşınmaz əmlakın sığortaya cəlb edilməsi zamanı onun qiymətləndirilməsi də əsas problemlərdən biri hesab olunur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA