Milli Məclis 2012-nin Dövlət Büdcəsini qəbul etdi

img

06-12-2011 [02:30]


Azərbaycan Milli Məclisi 2012-ci il və daha sonrakı üç il üçün dövlət büdcəsi layihəsini qəbul edib. Nəticədə dövlət büdcəsinin gəlirləri 0,012 faiz, xərcləri isə 0,5 faiz artıb. Maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2012-ci ilin dövlət büdcəsinin layihəsi deputatların verdiyi təkliflərdən sonra ətraflı müzakirə olunub. Büdcənin müzakirəsi zamanı kommunikasiya üçün əlavə 671 min, ehtiyatda olan hərbi qulluqçular üçün isə əlavə 1.4 mln. manatın ayrılması məqbul hesab edilib. Bundan başqa, QHT-lərin inkişafı üçün ayrılan vəsait 1 mln. manat artırılmaqla 3.7, bələdiyyələrə verilən dotasiyalar isə 1 mln. manat artırılmaqla 5 mln. manata çatdırılıb. Ümumilikdə, büdcənin xərclər hissəsi 87.6 mln. manat və ya 0.5% artırılaraq 17.072 mlrd. manata çatdırılıb. Nəticədə, büdcə kəsiri 634 mln. manata yüksəlib. Sonda dəyişikliklər səsə qoyularaq təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA