Statistika Komitəsi bahalazan və ucuzlazan malların siyahısı

img

05-12-2011 [07:05]


2011-ci ilin noyabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, noyabr ayında ərzaq məhsullarından manna yarmasının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, kolbasa məmulatlarının, təzə balığın, südün, kərə yağının, yumurtanın, zeytun və qarğıdalı yağlarının, armudun, narın, qoz və fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, soğanın, kartofun qiyməti bahalaşıb. Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur ki, bu əsasən düyünün, unun, çörəyin, limonun, bananın, portağal və naringinin, almanın, şabalıdın, çuğundurun, kökün, sarımsağın və s. məhsulların qiymətlərində müşahidə olunub. Noyabr ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından sulu boyaların, parket üçün lakın, divar kağızlarının, ağac yonqar lövhələrin, kərpicin, sementin, mebellərdən mətbəx üçün mebel dəstinin, mətbəx üçün kətilin, qonaq və yemək otaqları üçün dəstin, stol-stulun, yumşaq mebel dəstinin, yataq mebel dəstinin qiymətləri bahalaşıb, kəsilən taxtaların, ağac lifli lövhələrin, parketin, şüşənin, mebellərdən mətbəx üçün stolun, məişət avadanlıqlarından paltaryuyan maşınların qiymətləri isə ucuzlaşıb. Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA