Müəllimlər, həkimlər və digər sosial qruplara aid vətəndazların əmək haqqı artırılacaq

img

05-12-2011 [12:56]


Bu ilin sonu, gələn ilin əvvəlində Azərbaycanda böyük bir təbəqənin əmək haqları yenidən artırılacaq. Bu barədə Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib. H.Rəcəbli deyib ki, əmək haqları artırılacaq şəxslər müəllimlər, həkimlər və digər sosial qruplara aid vətəndaşlardır. Onun sözlərinə görə, ölkə prezidenti bununla bağlı müvafiq maliyyə qurumlarına göstəriş verib. Komitə sədri deyib ki, minimum əmək haqqının 10 faiz artırılması Azərbaycanda 600 minə yaxın insana şamil edilib: ?Ölkədə gedən iqtisadi proseslər ardıcıl və davamlıdır. Yeddi il əvvəl ölkədə minimum əmək haqqı cəmi 25 manat idi. Bugünkü artımla 125 dollar həcmində olan minimum əmək haqqını inflyasiya ilə uyğunlaşdırsaq, görərik ki, bu sahədə Azərbaycanda dinamik artım gedir. Minimum əmək haqqının 10 faiz artırılması ölkə üçün 500 milyon manat civarında əlavə maliyyə yükü deməkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA