Bank of Bakudan yeni pul krediti

img

01-12-2011 [03:10]


Bank of Baku Yeni il öncəsi yeni kredit kampaniyasına start verir. Yeni kampaniyanın şərtlərinə əsasən, bank kampaniya müddətində bütün pul və istehlak kreditləri üzrə illik faiz dərəcələrində -2% bayram endirimi elan edir (ipoteka kreditləri, avtokreditlər, təhsil krediti, faizsiz kreditlər, həmçinin əmanətə bağlı kreditlər istisna olmaqla). Üstəlik, nağd pul kreditinin maksimal məbləği artırılaraq indi 5000 AZN təşkil edir (müştəriyə ayrılan kreditin maksimal məbləği müştərinin vəzifəsindən, bankda olan kredit tarixçəsindən asılı olaraq bank eksperti tərəfindən təhlil olunduqdan sonra müəyyən olunacaq). Eyni zamanda, kampaniya çərçivəsində Bank of Baku yeni il öncəsi ?20,12%? adlı yeni nağd pul krediti məhsulundan faydalanmaq imkanını da yaradır. Yeni nağd pul kreditinin əsas üstünlüklərindən biri krediti dekabr ayında alıb, ödəməyə yanvar ayından yox, fevral ayından başlamaq imkanının olmasıdır. Beləliklə, kreditin müddəti 13 aydır, məbləği isə qalan 12 ay ərzində bərabər hissələrlə ödəmək olar və ümumilikdə, 13 aya çəkilən cəmi xərc isə məbləğin 20,12%-ni təşkil edir. Kreditin maksimal məbləği 5000 AZN-dir. Qeyd edək ki, bankda istənilən krediti olan müştərilər paralel olaraq bu kreditdən də faydalana bilərlər. Yeni kampaniya 01.12.2011?30.12.2011-ci il tarixləri arasında keçirilir. Bank of Baku-nun fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında, həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək və ya bankın Facebook sosial şəbəkəsində www.facebook.com/bankofbaku ünvanında fəaliyyət göstərən rəsmi səhifəsində əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA