Avtomobil bazarında qiymətlər artıb

img

22-11-2011 [04:28]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi monitorinq qrupunun 2011-ci ilin oktyabr ayı ərzində avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda dinamikanın artımı müşahidə olunub. İctimai Birlikdən verilən məlumata görə, 2011-ci ilin əvvəlindən təklifin ili köhnə avtomobillər hesabına kəskin artım tendensiyası dayanmış, xaricdən idxal olunan köhnə avtomobillərin təklif portfelində payı isə artımla müşahidə olunub. Oktyabr ayı ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında da artım qeydə alınıb. Ay ərzində bazara təklif 3.2% azalıb. Təklifin tələbi üstələmə tendensiyası davam etsə də, ötən aylarla müqayisədə avtomobil bazarında tələbin artımı müşahidə olunub. Tələbin artımı və bazarda dinamikanın yüksəlməsi qiymətlərin də artımına təsir göstərib. Oktyabr ayı üçün bazarda orta qiymət əvvəlki ayla müqayisədə 2.1% artaraq 15725 dollar təşkil edib. Bazarda dinamikanın artımı oktyabr ayında avtomobillərin ekspozisiya müddətinin bir qədər azalmasına səbəb olub. Oktyabrda təkrar avtomobil bazarında avtomobillərin ekspozisiya müddəti 2.1% azalaraq 45.7 günə enib. Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 13100-dən artıq avtomobilin cəmi 30,2%-i bazara məhz oktyabrda təklif olunub. Digər 69,8%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası ?Mercedes-Benz?in təklif üzrə payında əvvəlki ay ilə müqayisədə 1,7% azalma müşahidə edilib, bu markanın ümumi portfeldə payı 32,2% təşkil edib. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklifin azalması qeydə alınıb. Təklif üzrə ən çox artım (14.0%) ?Mitsubish? markalı avtomobillərdə qeydə alınıb. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi ?Mercedes-Benz? ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur. Ümumilikdə 9 markanın təklif üzrə payı 83,7% təşkil edib. Yerdə qalan 16,3%-i isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür. Ekspertlər hesab edirlər ki, ili köhnə avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1990-2011-ci illəri əhatə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA