Bank of Baku nizamnamə kapitalını 26 milyon manat məbləğinə çatdırıb

img

21-11-2011 [11:06]


Bank of Baku əsas maliyyə göstəricilərində yüksək artım nümayiş etdirərək 2011-ci ilin III rübünü uğurla başa vurur. İlk öncə qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Bakı şəhərində 481,7 min ailə yaşayır və bankın göstəricilərinə görə, həmin ailələrin təxminən 55%-i məhz Bank of Baku-nun təklif etdiyi xidmətlərdən faydalanırlar. Qeyd edək ki, 30.09.2011-ci il tarixinə Bank of Baku nizamnamə kapitalını 104% artıraraq 26,18 milyon manat məbləğinə çatdırıb. Bankın aktivləri keçən ilin analoji göstəriciləri ilə müqayisədə 24% artaraq 284 785 min AZN təşkil edib. Həmçinin, bankın əmanətlərinin də xeyli artımı müşahidə olunur: 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə bankın depozit portfeli 20% genişlənərək 210 210 min AZN təşkil edib. O cümlədən, əhalinin müddətli depozitləri 39% artaraq 156 384 min AZN məbləğinə çatıb. Onu da qeyd edək ki, ?Fineko? İnformasiya-analitik agentliyinin statistik məlumatlarına istinadən, 2011-ci ilin 9 ayı ərzində Bank of Baku xalis mənfəət göstəricisinə görə Azərbaycanın özəl bankları arasında liderdir. Beləliklə, 30.09.2011-ci il tarixinə olan göstəricilərə əsasən, bankın xalis mənfəəti 19871,42 min AZN təşkil edir. Bu göstərici 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə 84% artmışdır. Eyni zamanda, ?Fineko? İnformasiya-analitik agentliyinin statistik məlumatlarına əsasən, 30.09.2011-ci il tarixinə bankın ROA (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində aktivlərin orta qalığı) göstəricisi 6,98%, ROE (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində məcmu kapitalın orta qalığı) göstəricisi isə 75,90% təşkil edib. Beləliklə, ?Fineko?-ya istinadən, qeyd olunan müddətə Bank of Baku hər iki göstəricilərə görə Azərbaycan bankları arasında birincidir. 30.09.2011-ci il tarixinə olan göstəricilərə əsasən, Bank of Baku-nun kredit portfelinin həcmində də artım müşahidə olunur və 2010-cu ilin müvafiq göstəriciləri ilə müqayisədə kredit portfelinin həcmi 35% artaraq 242 190 min AZN təşkil edib. O cümlədən, 2010-cu ilin müvafiq göstəriciləri ilə müqayisədə istehlak kreditlərinin həcmi 58% artaraq 198 240 min AZN təşkil edir, bu isə bir daha Bank of Baku-nun müştəriləri üçün mütəmadi olaraq təqdim etdiyi əlverişli kredit məhsullarının hər zaman tələbatda olmasının parlaq göstəricisidir. Həmçinin, 30.09.2011-ci il tarixinə olan göstəricilərə görə, Bank of Baku-nun müştərilərinin ümumi sayı 370 mindən artıq insan təşkil edir. Bank of Baku-nun fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında, həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək və ya bankın Facebook sosial şəbəkəsində www.facebook.com/bankofbaku ünvanında fəaliyyət göstərən rəsmi səhifəsində əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA