?ümid?in qazı Avropaya ?Şahdəniz-2?dən tez çata bilər

img

17-11-2011 [11:02]


Dövlət Neft Şirkəti (ARDNŞ) istismar etdiyi yataqlardan hasil olunan təbii qazı Avropaya ?Şahdəniz? qazından daha tez çıxara bilər. Bunu ARDNŞ prezidentinin müşaviri Murad Heydərov bildirib. Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya nəqli ?Şahdəniz-2? layihəsinin işə düşməsindən (2017-ci ildən) əvvəl reallaşa bilər: ?Söhbət ARDNŞ-nin öz yataqlarından çıxarılan qazın Avropaya nəqlindən gedir. Yəni şirkət öz yataqlarından ?Şahdəniz? konsorsiumundan əvvəl qaz çıxara bilər. Kifayət qədər nəql imkanları olsa, bu zaman ARDNŞ kiçik həcmdə olsa belə, 2017-ci ildən əvvəl qazı Avropaya ötürə biləcək?. Müşavir qeyd edib ki, hazırda bir sıra Cənub-Şərqi Avropa ölkələri öz enerji təhlükəsizliklərini təmin etmək üçün Azərbaycan qazını almaqda maraqlıdırlar. Bu, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və s. ölkələrdir. Erkən qazın ilk real alıcısı isə Bolqarıstan ola bilər. Çünki Azərbaycanla Bolqarıstan arasında artıq bununla bağlı memorandum imzalanıb. Erkən qaz nəqlinin həcmlərinə gəlincə, söhbət, ilk növbədə, 1 mlrd. kubmetr qazdan gedir: ?İndi biz bu məsələni bolqarlarla müzakirə edirik, sonra bura Rumıniya da əlavə oluna bilər, qalan ölkələr isə nəzəri olaraq bu məsələdə maraqlı ola bilərlər?. M. Heydərovun sözlərinə görə, hələlik, erkən qaz nəqlinin nə vaxt başlanacağı dəqiqləşməyib: ?Bu, texniki məsələlərdən, xüsusilə də Bakı-Tbilisi-Ərzurum kəmərinin əlavə qaz həcmlərinin ixracına hazır olmasından asılıdır?. Hazırda bu kəmərlə ?Şahdəniz-1? layihəsi çərçivəsində hasil olunan qaz ixrac edilir. Xatırladaq ki, son bir ildə Azərbaycanda ?Ümid? və ?Abşeron? qaz yataqları kəşf olunub, hər iki yataqda kəşfiyyat işləri ARDNŞ-nin hesabına aparılır. Belə ki, 200 mlrd. kubmetr qaz və 30-40 mln. ton kondensat ehtiyatı olan ?Ümid? yatağı ehtiyatlarının həcminə görə ?Şahdəniz?dən sonra Azərbaycanın müstəqilliyi tarixində kəşf olunan ikinci böyük qaz yatağıdır. Bazardakı mövcud qiymətləri nəzərə alanda, ?Ümid? yatağında tapılan ehtiyatların ümumi dəyəri 30-40 mlrd. dollar təşkil edir. ?Abşeron? yatağındakı potensial ehtiyatların həcmi 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. Nəticədə Azərbaycanın təsdiq olunan qaz ehtiyatlarının ümumi həcmi 2,55 trln. kubmetrə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA