Mərkəzi Bankın 8 709,5 min manatlıq notları yerləzdirilib

img

16-11-2011 [07:17]


Bu gün Bakı Fond Birjasında Mərkəzi Bankın 50104530S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 25 milyon manat, hərraca çıxarılan həcmi 10 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən verilən məlumata görə, hərracda 4 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 8 709 500 manat təşkil edib. Sifarişlər 99.7745% (gəlirlik 2.91%) və 99.7571% (gəlirlik 3.13%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti ? 99.7571% (gəlirlik 3.13%), orta ölçülmüş qiyməti ? 99.7690% (gəlirlik 2.98%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 8 709 500 manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 14 dekabr 2011-ci ildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA