Yazılı xəbərdarlıq olmadan qaz, elektrik və istilik xətlərinin kəsilməsi qadağan edildi

img

15-11-2011 [02:59]


Milli Məclisin bu gün keçirilən iclasında ?Elektroenergetika haqqında? və ?Qaz təchizatı haqqında? qanunlara dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə məlumat verən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, qanunlara dəyişikliklərin edilməsi istehlakçıların hüquqlarının qorunması sahəsində bir addımdır. Dəyişikliyə görə, qaz, elektrik və istilik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qaz, elektrik və istilik enerjisinin dayandırılması qadağandır. Qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri mütəmadi olaraq qazın və elektrik enerjisinin xəbərdarlıq edilmədən kəsildiyini bildiriblər. Deputatlar ciddi ölçülər götürülməsinin vacibliyini qeyd ediblər. Deputatlar müzakirələrdən sonra qanun layihəsinə dəyişiklikləri təsdiqləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA