28-08-2018 [15:23]
Məhəmməd Talıblı
***
""Azəriqaz” bir təsərrüfat subyekti olaraq vətəndaşlara qaz satır, yoxsa onlara kredit verir?".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Məhəmməd Talıblı sosial şəbəkədəki səhifəsində yazıb.
İqtisadçının sözlərinə görə, nə qədər təəccüblü görünsə də, birlik qeyd edilən hər iki halı həyata keçirir:
"Bilirsiniz ki, "Azəriqaz”ın mənzillərə yerləşdirdiyi sayğacların keyfiyyətində problemlərin yaranması yeni söhbət deyil. Sayğaca heç bir müdaxilə edilmədiyi halda, 100 minlərlə vətəndaşın sayğacında yaddaş pozğunluğu yaranmışdır. Özü də, təkrar edirəm, buna heç bir müdaxilə edilmədən sayğaclar özü-özünə mənfi qalıq göstərir. Yəni, vətəndaş istehlak etdiyi qazın ödənişin etmədən belə qazdan istifadə imkanı əldə edirdi. Hansısa bir mərhələdə "Azəriqaz”ın əməkdaşları gəlib, həm sayğacları dəyişir, həm də ödəniş kartlarını.
Bu zaman yeni kart almalı olan vətəndaşlara isə ödəməli olduqları borcun ilkin olaraq heç olmasa 30 faizi tələb olunur. Onu ödəməyənlərə isə əlavə olaraq 25 faizlik cərimə ilə mərhələli ödəniş tətbiq olunur. Örnəyin verim. Əgər sizin sayğacınızın özünün yaddaş pozulması nəticəsində 500 manatlıq borcunuz yaranıbsa, bu zaman sizə 160 manatlıq əlavə borc yazılmış olur. Və ya ildə istehlak olunacaq 1700 kubmetr limitə qədər 10 qəpik, bu həddi keçəndən sonra isə 20 qəpikdən hesablanırdısa, yığılmış məbləğlə bağlı ödəniş etmədiyiniz bütün borclarınız kubmetri üçün birmənalı olaraq 20 qəpiklə hesablayırlar. Vətəndaşın heç bir suçu olmadan sayğacın müvəqqəti olaraq qaz ötürmə günahını vətəndaş niyə döməlidir ki? Və ya "Azəriqaz” əməkdaşlarının vaxtında dəyişməli olduqları sayğacların suçu istehlakçının cibindən çıxamalıdır ki?".
İqtisadçı deyir ki, vətəndaşların bu qaydalar çərçivəsində ödənişlərindən "Azəriqaz” milyonlarla pul qazanır: "Qurum sanki kreditor qurumu kimi bank xidməti göstərir. Bir istehlakçı olaraq tələb edirəm ki, "Azəriqaz” bu vətəndaşların ziyanına və özlərinin xeyrinə olan bu qanunsuzluğu aradan qaldırsınlar. Bir ölkənin sahibi olduğu qazı vətəndaşına simvolik məbləğdə satmaq əvəzinə, onu həm kommersiya qiyməti ilə satırsınız, həm də yüksək faizlə cərimələr tətbiq edirsiniz. Bu absurd qərarı mütləq dəyişin!".
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb