?Bank of Baku?nun müztəriləri Qurban bayramı günlərində də kredit ödənizlərini həyata keçirə biləcəklər

img

04-11-2011 [03:52]


?Bank of Baku? Qurban bayramı ilə əlaqədar elan olunan qeyri-iş günlərində də əhaliyə xidmət göstərəcək. Bankdan verilən məlumata görə, 7, 8 və 9 noyabr tarixlərində bankın Xaqani-2 / Mərdanov qardaşları-8 ünvanında yerləşən ?Xəqani? filialında quraşdırılan ?Cash-in? ödəniş terminalları vasitəsilə səhər saat 9:00-dan axşam saat 19:00-dək ödənişlərin qəbul edilməsi təşkil olunacaq. Müştərilərin rahatlığını təmin etmək və vaxtına qənaət etmək məqsədilə ?Bank of Baku?nun ?Cash-in? ödəniş terminalları vasitəsilə hər hansı bir ödənişi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür. Hal-hazırda ?Cash-in? ödəniş köşkləri əhaliyə istehlak kreditləri, ?İdeal? və ?Bolkart? kartları üzrə ödənişlər, ?AvirTel? İnternet xidmətinin ödənilməsi, həmçinin cari hesabların artırılması sahəsində xidmət göstərir. Həmin tarixlərdə ödənişləri Ş.Bədəlbəyli küç., 96 ünvanında yerləşən ?World Telecom? mağazasında da quraşdırılan ödəniş terminalı vasitəsilə etmək mümkündür (saat 10:00-dan 19:00-dək). Bundan əlavə, ödənişləri həmçinin 6-9 noyabr tarixlərində ?Park Bulvar? Ticarət mərkəzində (saat 10:00-dan 01:00-dək), A.Neymətulla küç., 42, Hüseynbala Əliyev küç., 9 və M.Rəsulzadə küç., 5 ünvanlarındakı ?İdeal? mağazalarında yerləşən Cash-in köşkləri vasitəsilə (saat 10:00-dan 22:00-dək) və 24/7 rejimində Bank of Baku-nun Atatürk pr., 42, ünvanında fəaliyyət göstərən Baş İdarəsinin, bankın ?Mərdəkan? və ?Xırdalan? filiallarının önündə quraşdırılan ödəniş terminalları vasitəsilə də həyata keçirmək olar. Bundan başqa, kredit üzrə ödənişləri telefon vasitəsilə və onlayn rejimdə aparmaq olar. Artıq 1 ildən artıqdır ki, ?Bank of Baku?da Azərbaycan bank bazarında analoqu olmayan ?Telefon Bankçılıq - 145? növbəsiz ödənişlər xətti müştərilərin xidmətindədir. Xidmət vasitəsilə müştərilər banka gəlmədən ölkənin istənilən yerindən istənilən vaxt kredit ödənişlərini istənilən telefonla həyata keçirə və hesabları barədə məlumat ala bilərlər. Bunun üçün, sadəcə, istənilən telefon (mobil və ya şəhər), ?Bank of Baku?nun təqdim etdiyi müştəri kodu (müştəri kodu kreditin ödənişi zamanı bankın eksperti tərəfindən müştəriyə verilir) və istənilən plastik kart sahibi olmaq kifayətdir. Onlayn ödənişləri isə İnternet vasitəsilə www.e-bankofbaku.com/creditpayment.jsp Onlayn Kredit Ödənişi İnternet səhifəsinə daxil olub həyata keçirmək olar. Qeyd edək ki, bayram günlərində aparılan bütün əməliyyatlar (?Cash-in? ödənişləri daxil olmaqla) 10.11.2011-ci il tarixli əməliyyat günü ilə bank proqramında əks olunacaq. Beləliklə, adi günlərlə yanaşı, bayram ərzində də əhalinin xidmətində olan ?Bank of Baku? bir daha sübut edir ki, həyatın hər anında daim öz müştərilərini düşünür və ?Sizə yaxın bankçılıq!? şüarına əməl edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA