21-08-2018 [19:55]
Sabir RÜSTƏMXANLI
***
Türkiyədən üç gün öncə gəlmiş Məmməd İsmayılla dünən Buynuzda Musa Yaquba baş çəkdik. Kreslosunu evin birinci mərtəbəsində, kəllə otağda, pəncərənin qabağında qoydurub. Azca əsinti olan kimi bağçadaki ağacların budaqları şüşələri silib keçir.
Evin böyründən divar kimi dikələn dağın ətəyini bürüyən meşə, arxın o üzündəki dağdağan ağacı və evin üst qatından dağdağan ağacının dibinə uzanan körpü görünür burdan. Arxın qırağında, körpünün üstündə, dağdağanın dibində süfrələr açmışıq bir vaxtlar. Bu taydan otaya keçənədək üç dayanacağımız vardı...
Musanın arıqlamış və tutqun üzü birdən işıqlanır. Üzündəki təbəssüm gedişimizə sevindiyini bildirir. Başının işarəsi ilə "xoş gəldiniz!" deyir. Stul çəkib qarşısında otururuq. Əhvalını soruşuruq, son telefon danışığımızda səsinin daha gur çıxdığını deyirəm. "İki-üç gündür ürək döyüntüm artıb" deyir.
Bu danışıq zamanı tez-tez Məmmədə baxır. Məmmədə elə gəlir ki, qardaşımız heç onu tanımadı. Zarafatla "Halına yananı tanımadınmı?" deyir. Musa cavab vermir. Axırda mən soruşuram: "Musa, çox diqqətlə baxırsan, deyəsən Məmmədi tanımadın..." .
Xəstə qardaşımız halını pozmadan: "Meşələrə yolum düşüb .." deyir.
Gülüşürük. Bununla Məmmədin az qala ilk şeirlərindən birini yada salır. Yəni "mənə sataşmayın, tanımaq nədir, altmış il əvvəlki şeri də yadımdadır".
Musayla görüşəndə Şirvan tarixi haqqında çox danışmışıq. İndi də "Dünən Pirsaat qoruğuna getmişdim, Pirhüseyn abidəsi məni heyran etdi, çılpaq təpələrin ətəyində nə dəyərli bir abidə ucaldıblar. Ermənilər, ruslar partladıb, dağıdıb kaşılarını söküb satsalar da, yenə əzəmətini itirməyib. Şirvan tarixi, Şirvan mədəniyyəti açılmamış sirlərlə doludur...", dedim.
Bayaqdan çətinliklə danışan Musa elə bil dirçəlir. Nitqi nizamlanır, mənim ortaya atdığım mövzunu davam etdirir, Xaqanidən danışanda gözü dolur. "Xaqani dəyərini almamış dahidir. Ondan bir roman yaza bilərsən. Mən çatdıra bilmədim!"- deyir. "Niyə, sənin poeman gözəldir!"- deyirəm. "Sənin dostun Rafael yaxşı bilir o dövrü..." -deyir. (Rafael Hüseynovu nəzərdə tutduğunu bilirəm).
Beləcə söhbət uzanır. Ancaq bəzən bağçadan gələn quşların səsi söhbətimizi eşidilməz edir. "Elə bil evin içindədir bu quşlar. Bu vaxtlar hər yanda qaynaşırlar".
Musa təsdiqləyir: "Səslərini dinləyir, düşünürəm. Doğrudan qaynaşırlar. Köç vaxtı yaxınlaşır axı!".
Bu sözü deyəndə köçəri quşları nəzərdə tutsa da, mənə elə gəldi ki, elə bizə də aiddir...
Söz verdi ki, bir az yaxşılaşan kimi zəng vurub, bizi çağıracaq...
Vidalaşıb çıxdıq. Bir gözümüz arxada...
Yol boyu Musa Yaqubun nə qədər nadir bir şəxsiyyət, vicdanlı bir vətəndaş, gözəl insan və təkrarsız şair olduğundan danışırdıq...
Sevgimiz dərman olsa, bir gündə sağaldardı onu...
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb