Azərbaycanda aqrar-sənaye klasterlərinin inkizafı ilə bağlı arazdırma aparılıb

img

02-11-2011 [12:59]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 24-də keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında məlum oldu ki, bu il ölkəmizdə əsas inkişaf edən sahələrdə biri kənd təsərürfatı olmuşdur. Ölkə başçısı ?Təsadüfi deyildir ki, bu ilin 9 ayında kənd təsərrüfatı 7,6 faiz artmışdır. Bu sahə, eyni zamanda, böyük sosial məna daşıyır, çünki əhalinin təxminən yarısı aqrar bölgələrdə yaşayır. Beləliklə kənd təsərrüfatının inkişafı nəticəsində məhsuldarlıq artır, əkin sahələri çoxalır? deyərək aqrar sahənin inkişafı üçün lazım işlərin görüləcəyini bildirdi. İqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzovun Müstəqil İnformasiya Agentliyinə bildirdiyinə görə, qarşıdakı illərdə də aqrar sahə Azərbaycanın inkişafında müstəsna rol oynayacaq: ?Bildiyimiz kimi Azərbaycan Respublikası üçün bu gün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Son illərdə hökumət regionların sosial-iqtisadi inkişafı üzrə birinci və ikinci dövlət proqramları vasitəsilə müvafiq istiqamətdə bir sıra tədbirlər həyata keçirmişdir. Bu yaxınlar biz NUPI-nin dəstəyi ilə Azərbaycanda aqrar-sənaye klasterlərinin inkişaf prespektivləri istiqamətində geniş araşdırmalar apardıq. Biz tədqiqatımız zamanı Azərbaycanda mövcud olan 10 iqtisadi rayondan 3 ən böyüyünün - Aran, Lənkəran, Quba-Xaçmaz iqtisadi rayonlarının klasterial inkişaf potensialını öyrəndik. Bu zaman Balassa indeksi və Xalis İxrac İndeksi metodlarından istifadə etməklə aparılan qiymətləndirmədən, Daxili Resurs Dəyəri (DRD) analizindən, keçirilən sorğular zamanı əldə edilən məlumatlardan da istifadə edərək real vəziyyət təhlil olundu. Məlum olundu ki, Azərbaycanda aqrar-sənaye klasterlərinin inkişafı üçün geniş imkanlar var və biz bununla aqrar sahədə dayanıqlı inkişafa nail oluna bilərik. Tədqiqat zamanı əldə etdiyimiz nəticələri adiyyətli orqanlara təqdim edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA