Neft Fondunun vəsaitləri 32,2 milyard dollara yüksəlib

img

01-11-2011 [12:16]


Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2011-ci ilin yanvar-sentyabr ayları ərzində 11 milyard 831,4 milyon manat, büdcə xərcləri isə 4 milyard 366,7 milyon manat təşkil edib. Fonddan verilən məlumata görə, 2011-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 milyard 668,4 milyon manat olub ki, bunun da 11 milyard 476,3 milyon manatı mənfəət nefti və qazının satışından əldə olunub. Bundan başqa, ?Şahdəniz-I? fazası üzrə qiymət fərqindən daxilolmalar 101,7 milyon, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üzrə dividendlərdən 66,8 milyon, tranzit gəlirləri 5,5 milyon, akr hesabı ödənişləri 1,2 milyon, bonus ödənişləri 15,7 milyon, xarici sərmayəçilər tərəfindən təhvil verilən aktivlərdən isə 1,2 milyon manat olub. Ötən 9 ay ərzində ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,9 milyon manata bərabər olub. Hesabat dövrü ərzində Neft Fondunun 2011-ci il büdcəsinin icrası çərçivəsində 4 milyard 21 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq, 144,5 milyon və 10,5 milyon manat vəsait ayrılıb. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə Neft Fondundan 5,9 milyon manat ayrılıb, 85,5 milyon manat Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilib. Bu ilin 9 ayı ərzində Fondun idarə edilməsi ilə bağlı xərclər 10,1 milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 258,8 milyon manat təşkil edib. Nəticədə 2011-ci il oktyabrın 1-nə Fondun aktivləri 2011-ci ilin əvvəlinə nisbətən 41,6% artaraq, 32 milyard 242,5 milyon dollara çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA