Parabank-dan ?On-line filial? Mərkəzi

img

24-10-2011 [12:32]


Bu gündən etibarən bizim müştərilərimiz bankın 139 Məlumat Mərkəzinə zəng edərək on-line rejimində Plastik Kart, Əmanət və Kreditin alınması üçün sifariş verə biləcəklər. Xidmətin əsas məqsədi maraqlanan vətandaşlara canlı olaraq istənilən məlumat vermək və lazım olduqda telefon dəstəyini qoymadan müvafiq xidməti sifariş vermək imkanını yaratmaqdır. Bu xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, vətəndaşlar iş yerlərini və evini tərk etmədən istənilən bank xidmətindən istifadə edə biləcəklər və ən azından banka gəlmklərinin sayı 1 dəfə az olacaq. Məsələn: Siz Parabankın Kredit almaq istəyirsiniz. 139 nömrəsinə zəng edərək bizim operatorlarımız Sizə ətraflı məlumat verir və Kredit alamaq üçün anketi doldurmaq təklif edir. Siz tələb olunan məlumatları operatora təqdim edirsiniz və Sizin sifarişiniz seçdiyinizi filialımıza göndərilir. Qısa müddət ərzində filial əməkdaşı Sizinlə əlaqə saxlayıb niyyətinizi dəqiqləşdirir və görüş təyin edir. Təyin olunmuş günə qədər Siz tələb olunan sənədləri toplaya biləsiniz. Yaxın zamalarda bu xidmət bizim yeni veb-saytda mövcud olacaq. Saytın ünvanı www.parabank.az Ətraflı məlumat almaq üçün Parabankın 139 Məlumat Mərkəzinə müraciət edə biləsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA