Vergilər Nazirliyi layihə təqdimatı keçirib

img

20-10-2011 [03:59]


Oktyabr ayının 19-20-də Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində sahibkarların ictimai təşkilatlarının nümayəndələri üçün ?Vergi ödəyicilərinə göstərilən xidmətlər-məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının rolunun artırılması? layihəsinin təqdimatı olub. Vergilər Nazirliyindən verilən məlumata görə, tədbirdə vergi ödəyicilərini təmsil edən sahibkarların ictimai təşkilatlarının, o cümlədən, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Amerika-Azərbaycan Ticarət Palatası, TUSIAB, Banklar Assosiasiyası, ATIB, Qadın Sahibkarlar Assosiasiyası, Azad İstehlakçılar Birliyi, Tacirlər və İstehsalçılar Birliyi, Sığortaçılar Assosiasiyalarının və digər ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Layihəni ictimaiyyətin nümayəndələrinə təqdim edən Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət sahələri üzrə Nazirin müşaviri Ələkbər Məmmədov qeyd edib ki, Vergilər Nazirliyi vergi mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, həmçinin vergi sistemində innovativ islahatların aparılması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirir. Təqdim olunan layihə məhz vergi siyasətinin təbliğində və vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətin ünvanlı olmasının təmin edilməsində sahibkarların ictimai təşkilatlarının rolunun artırılmasını nəzərdə tutur. Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev, Vergi Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyev, Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Məmmədov vergi qanunvericiliyi və inzibatçılığının təşkili, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilər sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının rolu, nəzarət-kassa aparatları və pos-terminallardan istifadənin təşviqi, vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının təmin olunması mövzularında məruzələr ediblər. Sonda tədbirdə iştirak edən bütün sahibkarlar adından Vergilər naziri Fazil Məmmədova müraciət qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA