Bu fərqli tərz, bu fərqli iz ?bolkart?-la aliz-veriz!

img

19-10-2011 [02:33]


Müştəriyönümlü Bank of Baku yenilikçi strategiyasına sadiq qalaraq bu dəfə də dəyərli müştərilərinə faydalı, üstünlüklərlə bol olan, ən əsası isə milli bazarda ilk dəfə tətbiq olunan yeni ödəniş sistemli ?Bolkart?-ı təqdim edir. ?Bolkart? nədir? ?Bolkart? - tamamilə pulsuz, bərpaolunan limitli, üstünlükləri bol, müddəti 3 ilə qədər olan kredit kartıdır. ?Bolkart?-ı bankla partnyor olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, o cümlədən restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək mümkündür. Qeyd edək ki, ?Bolkart?-ın işləmə sistemi, Türkiyədə artıq demək olar ki, əksər ticarət obyektlərində uğurla tətbiq olunan taksit sisteminin analoqudur. ?Bolkart?-ın əsas üstünlükləri nədir? Əsas üstünlüklərdən biri həmin kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək imkanının olmasıdır, üstəlik, əlavə xərcsiz və komissiyasız. Qeyd edək ki, ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində dəfələrcə istifadə oluna bilir. Belə ki, Bank of Baku ilə partnyor ticarət obyekti ilə razılaşmadan asılı olaraq ?Bolkart?-dan aşağıda qeyd olunan qaydada faydalana bilərsiniz. ? ?Əlavə xərcsiz 1 aya ödə? yazısını gördüyünüz ticarət obyektlərində ?Bolkart?-dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini növbəti ayın 10-dək ödəyə bilərsiniz. ? ?Əlavə xərcsiz 6 aya ödə? yazısını gördüyünüz ticarət obyektlərində ?Bolkart?-dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini bölüb, 6 ay ərzində (hər ayın 10-dək) ödəyə bilərsiniz. ? ?Əlavə xərcsiz 12 aya ödə? yazısını gördüyünüz ticarət obyektlərində ?Bolkart?-dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini bölüb, 12 ay ərzində (hər ayın 10-dək) ödəyə bilərsiniz. Qeyd edək ki, kart müştərilərə pulsuz təqdim olunur! Minimum 6 ay bankla iş tarixçəsi olan müştərilər isə aktiv kreditlərinə paralel olaraq ?Bolkart?-ı əldə edə bilərlər. Misala nəzər yetirin! Siz 1500 manat limiti olan ?Bolkart?-a sahibsiniz. Oktyabr ayı ərzində mebel mağazasından (?əlavə xərcsiz 12 aya ödə? partnyoru) 900 manata divan, parfümeriya mağazasından (?əlavə xərcsiz 6 aya ödə? partnyoru) 150 manata parfümeriya aldınız. Eyni zamanda, həmin ay ərzində bankla partnyor restoranda (?əlavə xərcsiz 1 aya ödə? partnyoru) cəmi 90 manat dəyərində bir neçə dəfə şam etdiniz (kart hesabınızdakı balansınız 1500-900-150-90=360 manat olur). Hər 3 halda ?Bolkart? istifadə etdiyiniz üçün Sizin cibinizdən heç bir nağd vəsait çıxmır və noyabr ayının 10-dək aşağıda göstərilən ödənişi edirsiniz: ? divan üçün 900/12=75 AZN ? parfümeriya üçün 150/6=25 AZN ? şam yeməkləri üçün 90 AZN Beləliklə, cəmi 190 manat. Ödədiyiniz məbləğ növbəti gün kart hesabınızda bərpa olunur və Sizin balansınızda istifadə üçün 550 manat (=1500-900-150-90+190) vəsait yaranır. Üstəlik, onu da nəzərinizə çatdıraq ki, bəzi partnyor ticarət obyektlərində alınan mal və xidmətlərin nağd və ?Bolkart?-la alış qiymətlərində fərqlər ola bilər. ?Bolkart?-ı əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışı (bəzi partnyor təşkilatların əməkdaşlarından arayış tələb edilmir, ətraflı məlumatı 145 məlumat mərkəzindən, www.bankofbaku.com və www.bolkart.az internet səhifələrindən əldə etmək olar) təqdim etmək kifayətdir. Hələ də ?Bolkart? sahibi deyilsənsə, onda www.bolkart.az saytına daxil ol və onlayn sifariş et, aktiv sosial şəbəkə istifadəçisisənsə, bizi www.facebook.com/bolkart səhifəsindən izlə!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA