DSMF-də sığorta olunanların sayı 7,23 faiz artıb

img

17-10-2011 [06:44]


Bu ilin 1 oktyabr tarixinə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığorta olunanların sayı 7,23 faiz artıb. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, belə ki, bu ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 130 218 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 930 670 nəfərə yüksəlib. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlar arasında kişilər çoxluq təşkil edir -1 079 495 nəfər. Fərdi şəxsi hesabı olan sığortaolunanların 851 175 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 476 736 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 412 398 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 439 502 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 412 400 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 189 634 nəfərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA