22-06-2018 [19:15]
Növbəti səfərimizdə çolpa soyutması yemişdik. Göyçaya yolumuz tez-tez düşdüyü üçün buğlamanın da, kababın da dadına baxmışıq. Əminliklə deyə bilərəm ki, Göyçay mətbəxi zəngindir. Ən iştahsız adamda orda ac qalmaz...
Söhbətə Göyçay mətbəxi ilə başlamağımız təsadüfi deyil. Bugünkü yazımızın qəhrəmanı deyir ki, göyçaylıların əziz qonaqlar üçün ləziz yeməklər bişirməsi ona baha başa gəlib: "İki il əvvəl Göyçayda zəbt edilmiş torpağımın boşaldılması tələbilə məhkəməyə müraciət etmişəm. Həm yerli, həm appellyasiya, həm də Ali Məhkəmə torpağımın boşaldılması ilə bağlı qərar çıxarıb.Məhkəmə icraçılarının ərazini boşaldıb mənə təhvil verməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ucar Regional Şöbəsi həmin torpağın koordinatlarını yerində göstərməlidir. Lakin bu şöbənin rəisi Pəhlivan Güləliyev torpağın koordinatlarını göstərməyəcəklərini deyir”.
Həmin vaxt tək mən yox, hətta iki ay "staj”ı olan gənc jurnalist də dərhal bu sualı verərdi: niyə? Görəsən, Pəhlivan Güləliyevin öz vəzifə borcunu yerinə yetirməsinə kim mane olur?Tanışım arif adam olduğu üçün fikrimdən keçənləri üzümdən oxudu: "Pəhlivan müəllim deyir Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov məhkəmə icraları zamanı torpaqların koordinatlarının göstərilməsini bizə qadağan edib. Ona qüvvəyə minmiş məhkəmə qərarının icrasına mane olmağın qanunsuzluq olduğunu xatırladanda, komitədən verilən göstərişləri yerinə yetirdiyini deyir”.
Fikrimdən keçənləri bu dəfə dilə gətirdim: "Pəhlivan müəllimin səninlə nə düşmənçiliyi var? Axı torpağın koordinatlarını niyə göstərməsin? Bəlkə sənədlərin qaydasında deyil?”
Söhbətdən məlum oldu ki, Pəhlivan Güləliyev məlum torpağın zəbt olunduğunu məhkəmə proseslərində üç dəfə öz imzası və möhürü ilə təsdiq edib. İndi onun Kərəm Həsənovun adından istifadə etməsi bəhanədir, hər gün bəlkə də onlarla belə iş icra olunur. Əslində, məsələnin mahiyyətin başqadır. Bir müddət əvvəl Pəhlivan müəllim torpağı zəbt etmiş şəxsin qonşuluğuna köçüb. Elə həmin gündən də tanışımın qara günlərim başlayıb. Yanında olanda Pəhlivan Güləliyevə vəzifə borcunu yerinə yetirməyəcəyi təqdirdə, ondan şikayət edəcəyini bildirəndə, o, belə olan halda cavabdeh tərəf və qohumlarının kollektiv şəkildə Prezident Administrasiyasına müraciət edəcəkləri xəbərdarlığını alıb. O vaxt seçki ərəfəsi olduğu üçün Güləliyev yoldaş bu cəhdin nəticəsiz qalmayacağını bildirib. Hətta xüsusi olaraq vurğulayıb ki, seçkiöncəsi dövr olduğu üçün istənilən kollektiv müraciətə tez və müsbət cavab verilir. Tanışım qanun onun tərəfində olduğunu hədə-qorxuya, təhdidə ehtiyac olmadığını söyləsə də ertəsi gün qarşı tərəf Pəhlivan müəllimin tövsiyyəsinə uyğun olaraq, dərhal operativ qaydada bir neçə instansiyaya müraciət ünvanlayıb.
Bir qədər də ordan-burdan söhbət edəndən sonra məsələnin mahiyyəti mənə aydın oldu. Sən demə, əslən Şamaxıdan olan Pəhlivan müəllim Göyçayda kirayə qaldığı evdə tək yaşayır. Qeyri-ixtiyari olaraq, tələbəlik illərimi xatırladım. Dərsdən sonra yemək bişirmək əsl məşəqqət idi. Küçələrdən keçəndə, ləziz təamların qoxusu o qədər burnumu qıcıqlandırıb ki...
Azərbaycanlılar mehriban, istiqanlı insanlardır. Bizimçün yaxın qonşu uzaq qohumdan daha əzizdir. Qonşular arasında mehribanlıq, süfrə başında bir araya gəlmək əsrlərdən gələn ənənəmizdir. Amma bu heç bir məmura öz vəzifə səlahiyyətlərini unutmağa əsas vermir. Məhkəmə ali orqandır, onun çıxardığı qərarların icarsına mane olmaq hüquqi məsuliyyət yaradır. Əminəm ki, Pəhlivan müəllim də bunu bilir.
Hər zaman obyektiv olmağa çalışan biri olaraq söhbət əsnasında çoxlu suallar verdim, məsələni tam aydınlaşdırmağa çalışdım. Gəldiyim nəticə də, sadə məntiq də bir şeyi deyir. Əgər ortada bir əmma yoxdursa, birmənalı məhkəmə qərarı varkən, vətəndaş nədən bu qədər narahat olmalıdır? Deməli, əmma var.
Söhbət ondan gedir ki, bizim Pəhlivan müəllim tərəfsizliyini şəxsi münasibətlərə qurban verib. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bir neçə gün əvvəl İsmayıllı rayonunda vətəndaşları qəbul edəndə, o, qarşı tərəfin nümayəndələrini ƏMDK-nın məsul əməkdaşlarının qəbuluna göndərməyə müvəffəq olub. Hansı ki, ilin-günün bu vaxtı insanları kollketiv şəkildə ayrı-ayrı dövlət qurumlarına üz tutmağa təşviq etmək, ayrı-ayrı vəzifəli şəxslərin vaxtını almaq heç yerinə düşmür. Axı Pəhlivan müəllimdə yaxşı bilir ki, prezident seçkilərindən sonra hakim komandada keyfiyyət dəyişikliyi baş verib, onsuz da məmurların işi başından aşır. Amma unudur ki, bəzən belə işlər adamın başına daha böyük İŞ açır...
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb