?Bazak-inam Sığorta Şirkəti? ASC ?Gələcəyimizi Sığortalayaq? layihəsinin ikinci mərhələsinə start verdi

img

14-10-2011 [12:43]


?Başak-İnam Sığorta Şirkəti? ASC və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycan Respublikasında gənclərin sosial-iqtisadi həyatda fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 6 aprel 2011-ci il tarixdə imzalanan ?Azərbaycan gəncliyi 2011-2015-ci illərdə? Dövlət Proqramı haqqında Sərəncamını əsas tutaraq başlatdıqları ?Gələcəyimizi Sığortalayaq? layihəsi üzrə ikinci mərhələyə start vermişdir. Layihə çərçivəsində seçilmiş 30 tələbə ?Başak-İnam Sığorta Şirkəti? ASC-nin təmənnasız olaraq təşkil etdiyi ?Ümumi Sığortaçılıq? təlimlərinə qatılacaq. Təlimlər həftədə 2 dəfə olmaqla 6 həftə davam edəcək, sonda imtahan qəbul ediləcəkdir. Layihənin məqsədinə uyğun olaraq imtahanı müvəffəqiyyətlə başa vurmuş tələbələr ?Başak-İnam Sığorta Şirkəti? ASC tərəfindən sertifikatla təmin olunacaq, xatirə hədiyyələri əldə edəcək və şirkətdə 3 aylıq təcrübə keçəcəklər. Xatırladaq ki, layihənin birinci mərhələsi bu ilin aprel-may aylarında həyata keçirilmiş, bu mərhələdə müxtəlif universitetlərdən 12 tələbə təlimlərə qatılmış, sonda verdikləri imtahanın nəticələrinə görə sertifikatla təmin olunmuşlar. ?Başak-İnam Sığorta Şirkəti? ASC imtahanı uğurla keçmiş tələbələrin şirkətdə təcrübə keçməsi üçün müvafiq şərait yaratmışdır. Təhsilimizə dəstək olaq- Gələcəyimizi Sığortalayaq! ?Başak-İnam Sığorta Şirkəti? ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən Başak Sığorta AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi ?İNAM? təkrarsığorta şirkətinin ortaqlığı ilə ?Başak-İnam Sığorta Şirkəti? Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilmişdir. Sonradan bu ortaqlığa ?AzərTürkBank? ASC-də qoşulmuşdur. 2006-ci ildən isə 111 il öncə Fransada yaradılmış, hal-hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor?s reytinqli GROUPAMA SA Başak Sığorta AŞ-ni almaqla şirkətin ortaqları siyahısına qatılmışdır. 2008?ci ildə qəbul edilmiş ?Sığorta fəaliyyəti haqqında? qanuna əsasən 23.01.2009-cu il tarixdən şirkət öz təşkilati- hüquqi formasını QSC-dən ASC-yə dəyişmişdir. Hal-hazırda ?Başak-İnam Sığorta Şirkəti? ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 500 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir. Türk Standartları İnstitutu ?Başak-İnam Sığorta Şirkəti? ASC-nin Keyfiyyət İdarəetmə Sisteminin auditini həyata keçirmiş və tam standartlara uyğun olduğunu nəzərə alaraq TS-EN-ISO 9001:2008 sertifikatına layiq görmüşdür

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA