?Bank Standard? tələbə, gənclər və müəllimlər üçün hazırlanmız yeni xüsusi kart məhsulları seriyasını təqdim etdi

img

13-10-2011 [05:02]


Yeni kart məhsulları MasterCard Standard bazasında ?Beynəlxalq tələbə eyniləşdirmə kartı? (ISIC), ?Beynəlxalq gənclər eyniləşdirmə kartı? (IYTC) və ?Meynəlxalq müəllim eyniləşdirmə kartı? (ITIC) proqramları ilə birgə layihə çərçivəsində hazırlanmışdır.. ?Bank Standard? tərəfindən buraxılan bu yeni kartlar ?ISIC?, ?IYTC? və ?ITIC? beynəlxalq vəsiqələrin bütün xüsusiyyətlərini və üstünlüklərini qoruyacaq. Bu üstünlüklərin arasında dünyanın 120 ölkəsində təqdim olunan on minlərlə endirim, təyyarı biletlərinə sanballı endirimlər, habelə tələbə, gənclər və müəllimlər üçün xaricdə təqdim olunan müxtəlif güzəştlər (muzey, teatr, nəqliyyat) mövcuddur. ?ISIC?, ?IYTC? və ?ITIC? kartları dünyanın əksər ölkələrində sahibinin şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul olunur. Eyni zamanda, ?Bank Standard?ın təşəbbüsü ilə həyata keçirilmiş bu birgə layihə həmin kartların unikal xüsusiyyətlərinin siyahısına ödəmə aləti funksiyasını da əlavə edir. Bundan savayı, ?Bank Standard? bu kartlardakı olan gündəlik vəsait qalıqlarına illik 10% kimi yüksək faiz gəliri də əlavə edir. Beləliklə, ?ISIC-Standard?, ?IYTC-Standard? və ?ITIC-Standard? kartlarının sahibləri bu kartları həm ölkə daxilində, həm də xaricdə sərbəst istifadə edərək müxtəlif endirim və güzəşt ala, mal və xidmətlərin qiymətini ödəyə bilərlər. Bununla yanaşı isə kart sahibləri əlavə faiz gəliri alacaqlar. Nəhayət, kartın alınmasından 6 ay keçdikdən sonra müştəri ötən müddət ərzində kartla apardığı əməliyyatların həcmindən asılı olaraq kredit almaq üçün də banka müraciət edə bilər. ?ISIC-Standard? və ya ?ITIC-Standard? kartı almaq üçün banka şəxsiyyət vəsiqəsini və tələbə (aspirant), ya da müəllim statusunu təsdiq edən sənədi təqdim etmək kifayətdir. ?IYTC-Standard? kartı isə 26 yaşını doldurmamış şəxslərə sadəcə şəxsiyyət vəsiqəsi əsasında verilir. Bütün sadalanan kartların istehsalı üçün şəxsi fotoşəkil tələb olunur. Kartlar 12 ay müddətinə Azərbaycan manatı və ya ABŞ dolları valyutalarında verilir. Kartların qiymətləri: Müəllimlər üçün ?ITIC-Standard? kartı - 20 AZN/USD. Tələbə və aspirantlar üçün ?ISIC-Standard? kartı ? 15 AZN/USD. 26 yaşına qədər gənclər üçün ?IYTC-Standard? kartı ? 15 AZN/USD.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA