?Bank of Baku? yeni kredit kampaniyası keçirir

img

07-10-2011 [11:52]


Azərbaycanın ?Bank of Baku? ASC oktyabrın 9-da - Beynəlxalq poçt günü ilə bağlı ölkənin poçt işçilərinə güzəştli kredit kampaniyası keçirir. Bankdan verilən məlumatına görə, kampaniyanın şərtlərinə əsasən, poçt sahəsində çalışan bütün ərizəçilərə istehlak (avtomobil, VİP, əmanətə bağlı kreditlər, ipoteka kreditləri istisna olmaqla) və pul kreditlərinin illik faiz dərəcəsində 2% endirim olunacaq. Əməkdaşın vəzifəsindən və kredit tarixçəsindən asılı olaraq kreditin maksimal məbləği 5 min manata qədər artırıla bilər. ?Əgər güzəştli şərtlərlə kreditin məbləği 4 000 manat, müddəti isə 24 ay olarsa, aylıq ödəniləcək məbləğ poçt sahəsində çalışan yeni müştərilər üçün 224 manat, müsbət tarixçəsi olan təkrar müştərilər üçün isə 216 manat təşkil edəcək?, - deyə bankdan bildirilib. Qeyd edək ki, kampaniya oktyabrın 10-dan noyabrın 15-dək keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA