Azərbaycanda Rusiya investisiyaları 400 milyon dollara çatıb

img

04-10-2011 [05:42]


Azərbaycanda Rusiya investisiyaları 400 milyon dollar təşkil edir. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib. "Üç il ərzində Azərbaycanda Rusiya kapitallı 139 müəssisə qeydiyyata alınıb", - Mustafayev bildirib. Onun sözlərinə görə, bu ilin ilk səkkiz ayı ərzində Azərbaycanla Rusiya arasında mal dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 60 faizdən çox artıb və iki milyard dollar, yəni 2010-cu ilin yekunları üzrə göstəricinin səviyyəsinə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA