Bank of Bakudan müəllimlərə güzəztli kredit

img

03-10-2011 [10:22]


Bank of Baku qarşdan gələn 5 oktyabr ? Beynəlxalq müəllimlər günü ilə bağlı bütün təhsil müəssisələrinin əməkdaşlarını təbrik edir və növbəti endirim kampaniyasına start verir! Kampaniya çərçivəsində bank təhsil sahəsində çalışanlar üçün istehlak (avtomobil, VİP, əmanətə bağlı kreditlər, ipoteka kreditləri istisna olmaqla) və pul kreditlərinin illik faiz dərəcələri ilə yanaşı, kreditin müddətində də güzəştlər elan edir. Beləliklə, indi kreditin müddəti 30 ayadək uzadılıb. Kampaniyanın üstünlüklərindən biri ondan ibarətdir ki, nağd kredit rəsmiləşdirərkən bütün təhsil işçiləri üçün öncədən heç bir nağd ödəniş tələb olunmur. Üstəlik, bankın təkrar müştərilərinə iş yerindən arayışa ehtiyac yoxdur. Əməkdaşın vəzifəsindən asılı olaraq kreditin maksimal məbləği 4000 AZN-ə qədərdir, lakin xüsusi hallarda rəhbər vəzifədə çalışan ərizəçilərə kreditin maksimal məbləği 5000 AZN təşkil edir. Misal üçün qeyd edək ki, güzəştli şərtlərlə kreditin məbləği 1000 AZN olarsa, o zaman təkrar müştəri tərəfindən bank xərclərinin də ödənilməsi daxil olmaqla ayda cəmi 50 manat, 2000 AZN olarsa, ayda cəmi 100 manat, 4000 AZN olarsa, ayda cəmi 200 AZN ödəniləcəkdir. Kampaniya 5 oktyabr ? 15 noyabr tarixlərində keçirilir. Bank of Baku-nun fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında, həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək və ya bankın Facebook sosial şəbəkəsində www.facebook.com/bankofbaku ünvanında fəaliyyət göstərən rəsmi səhifəsində əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA