"Azərbaycanın bu ilki büdcəsi kəsirsiz icra oluna bilər"

img

29-09-2011 [12:07]


Azərbaycanın 2011-ci ilin dövlət büdcəsini kəsirsiz icra edəcəyi istisna olunmur. Bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib. A.Bayramovun sözlərinə görə, bu ilki dövlət büdcəsinin icrası normal səviyyədə davam etdirilir: ?Hesab edirəm ki, bu il dövlət büdcəsinin icrasında hər hansı problem yaranmayacaq?. ?İlkin olaraq büdcənin kəsirlə icrası planlaşdırılsa da, əlavə gəlirlər hesabına büdcənin kəsirsiz icrası da mümkündür. Bizim əvvəlki illərdə belə bir təcrübəmiz olub?, - deyə nazir müavini vurğulayıb. Xatırladaq ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat, xərcləri isə 15 941,2 mln. manat həcmində təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA