ipoteka qaydalarına dəyizikliklər ediləcək

img

28-09-2011 [01:05]


Azərbaycanda sosial ipoteka qaydalarına dəyişikliklərlə bağlı müzakirələr davam edir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, sosial ipoteka qaydalarında ilk növbədə mövcud məbləğin artırılması və bu kredit növünə aid təbəqələrin genişləndirilməsi məsələləri öz həllini tapmayıb. Onun sözlərinə görə, dövlət proqramı çərçivəsində müvafiq bənd də var və hazırda təkliflər paketi üzərində iş gedir: ?İpoteka Fondu ilə biz bu istiqamətdə əməkdaşlıq edirik. Təkliflərin istiqamətləri də müzakirə obyektidir. Söhbət ondan gedirdi ki, bu gün sosial ipotekada olan mövcud məbləğin artırılması, eyni zamanda sosial ipotekanın tətbiq edildiyi təbəqələrin genişlənməsi məsələsi durur?. Nazir müavini deyir ki, artıq təklif var kı, bu, təkçə gənc ailələlərə deyil, ümumiyyətlə gənclərə aid edilsin: ?Bu çərçivədə də orada mövcud olan kateqoriyaları genişləndirmək niyyətindəyik. Ümüdvarıq ki, yaxın aylarda bu yeni əlavə və düzəlişlər paketi reallaşmağa başlayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA