?Bank Standard? ipoteka Fondunun xətti ilə 366 ipoteka krediti verib

img

22-09-2011 [11:04]


Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka kreditləşməsi bərpa olunandan indiyədək ?Bank Standard? ASC mənzil alınması məqsədilə təqdim olunan 561 müraciətdən 395-nə müsbət cavab verib. Bankdan verilən məlumata görə, indiyədək AİF xətti ilə verilmiş kreditlərin sayı 366, ümumi məbləği isə 14,7 mln. manat təşkil edib. Bu kreditlərdən ümumi məbləği 700 min manat olan 21 kredit güzəştli şərtlərlə (sosial ipoteka) gənc ailələrə və hərbçilərə verilib. AİF xətti ilə ipoteka kreditləri ?Bank Standard? tərəfindən Azərbaycan vətəndaşlarına milli valyutada, daşınmaz əmlakın girovu ilə təmin olunması şərti ilə illik 8%-lə 25 ilədək müddətə verilir. Güzəştli ipoteka kreditləri isə illik 4% olmaqla 35 il müddətinədək rəsmiləşdirilir. Qeyd edək ki, ?Bank Standard? Azərbaycan Mərkəzi Bankının nəzdində fəaliyyət göstərən AİF-in müvəkkil banklarının siyahısına Fondun fəaliyyətə başladığı gündən daxil edilib. İpoteka kreditinin alınmasına dair müraciətlər ?Bank Standard?ın ixtisaslaşmış ?İpoteka? filialında qəbul olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA