Bank of Baku ?Sumqayıt? filialının 5 yazı tamam oldu

img

20-09-2011 [01:45]


Bank of Baku 2011-ci ildə ?Sumqayıt? filialının fəaliyyətinin 5 ilini qeyd edir. Bank of Baku-nun Sumqayıt şəhərindəki filialının fəaliyyətinin ilk günü 15 sentyabr 2006-ci ilə təsadüf edir. Filialın yaranma tarixi ilə əlaqədar filial direktoru Samir Rəhimov bunları bildirdi: ?Sumqayıt şəhərində demək olar ki, bütün banklar filial və şöbələri ilə təmsil olunublar. Lakin buna baxmayaraq Sumqayıt ictimaiyyətində Bank of Baku-nun ?Sumqayıt? filialına qarşı formalaşan müsbət bank imici bizim filialı biznes mühitinin ən ön yerlərində qərarlaşdırmış və demək olar ki, şəhərin lider banklarından birinə çevirlmişdir. Düşünürəm ki, bu fakt Bank of Baku-nun ?Sumqayıt? filialının ən əsas naliyyətlərindən biridir. 5 illik fəaliyyəti dövründə filial 40 mindən artıq müştəriyə xidmət göstərmişdir. Hal-hazırda 19 mln manata yaxın kredit portfelinə, 20 mindən artıq müştəri bazasına malikdir?. Direktorun sözlərinə görə, filial gərgin iş rejimi ilə fərqlənir: ?Bank əməkdaşları tərəfindən maksimum keyfiyyət və qayğı ilə gün ərzində təqribən 700-ə yaxın müştəriyə xidmət göstərilir. S.Rəhimov onu da qeyd etdi ki, ?Sumqayıt? filialının 5 yaşının tamam olması Sumqayıt şəhərinin 15 sentyabrda 62 yaşının tama olması ilə əlaqədar ?Şəhər günü? bayram gününə təsadüf etmişdir. Bu isə ?Sumqayıt? filialına ikiqat bayram sovqatını artırmışdır. Bankdaxili statistikaya əsasən, 1 sentyabr 2011-ci il tarixinə olan göstəricilərə görə, filialın kredit portfelinin həcmi 19 mln manata çatıb, depozit portfelinin həcmi isə 5 mln manatı ötüb. Filialın 5-ci ildönümü ilə əlaqədar sentyabrın 15-i bütün müştərilərə şirniyyat, xidmət olunan hər 5-ci müştəriyə korporativ hədiyyələr təqdim olunmuşdur. Xatırladaq ki, Bank of Baku-nun ?Sumqayıt? filialı Sumqayıt şəhəri, Z.Hacıyev küç, 20? ünvanında müştərilərə xidmət göstərir. Bank of Baku-nun fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında, həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək və ya bankın Facebook sosial şəbəkəsində www.facebook.com/bankofbaku ünvanında fəaliyyət göstərən rəsmi səhifəsində əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA