Bank of Baku ?Lənkəran? filialının fəaliyyətinin 4 ilini qeyd etdi

img

16-09-2011 [05:22]


Bank of Baku 2011-ci il 10 sentyabr tarixində ?Lənkəran? filialının fəaliyyətinin 4 ilini qeyd etdi. Dörd il ərzində müştərilərinə bütün bank xədmətlərini yüksək səviyyədə təqdim edən filial böyük nəticələrə nail olub və fəaliyyətinin növbəti dövrünə yeni hədəflərlə addımlayır. Filialın yaranma tarixi ilə əlaqədar filial direktoru Ceyhun Bağırov bunları bildirdi: ?Bank of Baku regionda şəffaflıq və dəqiqlik üzərində işini qurmuşdur, buna görə də müştərilərin Bank of Baku-ya xüsusi hörməti var. Gün ərzində orta hesabla 400-450 müştəriyə xidmət göstəririk.? Direktor regionda çox güclü rəqabətin olmasını da bildirdi: ?Qeyd edim ki, regionda 30-a yaxın bank filialı fəaliyyət göstərir. Amma əhali arasında qazandığı rəğbətə görə Bank of Baku hal-hazırda regionda birincilər sırasındadır?. C.Bağırovun sözlərinə görə, 2010-cu ildən etibarən ?Lənkəran? filialı digər ətraf rayonlara da xidmət etməyə başlayıb: ?2010-cu ildən Lerik, Yardımlı, Astara, Masallı rayonlarının sakinlərinə də xidmət göstəririk. Bununla yanaşı, yerli əhali ?Telefon Bankçılıq-145? ? çox rahat olan banka gəlmədən kredit ödənişlərindən geniş istifadə edir?. Direktor onu da qeyd etdi ki, 2011-ci ildə Bank of Baku-nun ?Lənkəran? filialı mikrokreditlərin verilməsi üzrə prosesi daha da təkmilləşdirmişdir və hazırda bu istiqamətdə müştərilər daha tez xidmət olunur. 1 sentyabr 2011-ci il tarixinə olan göstəricilərə əsasən, filialın kredit portfelinin həcmi 10,5 mln manata çatıb, depozit portfelinin həcmi isə 442 min manatı ötüb. Müştərilərin ümumi sayı 7 mindən çoxdur. Filialın 4 illiyi ilə əlaqədar bütün müştərilərə şirniyyat, xidmət olunan hər 4-cü müştəriyə isə korporativ hədiyyələr təqdim olunmuşdur. Xatırladaq ki, Bank of Baku-nun?Lənkəran?filialı ?Lənkəran? şəhəri, H.Aslanov xiyaban, 1 ünvanında müştərilərə xidmət göstərir. Bank of Baku-nun fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında, həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək və ya bankın Facebook sosial şəbəkəsində www.facebook.com/bankofbaku ünvanında fəaliyyət göstərən rəsmi səhifəsində əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA