370 kq saxta ərzaq məhv edilib

img

12-09-2011 [06:42]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Xətai rayonunda Sarayevo küçəsi, ev 18C ünvanında yerləşən "Emil market"də, Aşıq Ələsgər küçəsi, 2 ünvanında Bayram Abbasova məxsus mağazada, M.Rüstəmov küçəsində Zərifə Rəsulovaya məxsus mağazada, M.Hadi küçəsi, ev 51 ünvanında Həmzə Həmzəyevə məxsus mağazada, X.Məmmədov küçəsi, ev 4 ünvanında yerləşən "Bizim market"də, Gəncə prospekti, ev 73 ünvanında Rahilə Tağıyevaya məxsus mağazada Sabunçu rayonunda Ə.Kərim küçəsi, ev 11 ünvanında yerləşən "1001 dad market"də, E.Mehtiyev küçəsi, 16 ünvanındakı"Cavid market"də, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 4090/94-cü məhəllədə Asif Hidayətova məxsus mağazada, Ə.Məmmədəliyev küçəsi, ev 9 ünvanında yerləşən "Fidan market"də, Kürdəmir rayonunda Sabir küçəsi, 20 ünvanında Teyfur Zeynalova məxsus mağazada, Təzə Bazar ünvanında Fariq Şahbazova məxsus mağazada, Tərtər rayonunda E.Hüseynov küçəsi, ev 02 ünvanında Samir Quliyevə məxsus mağazada, Xudat şəhərində M.F.Axundov küçəsində Vasif Hüseynova məxsus mağazada, Ağstafa rayonunda Dağ Kəsəmən kəndində Alyar Hüseynova məxsus mağazada ümumi çəkisi 370 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA