Azərbaycanda siqaretin qiyməti qalxacaq

img

12-09-2011 [03:18]


Azərbaycan da daxil olmaqla heç bir MDB ölkəsində Ümumdünya Səhiyyə Təşkilatının tütünə qarşı mübarizə üzrə Çərçivə Konvensiyasına tam olaraq əməl olunmur. Bu sözləri bazar ertəsi Bakıda öz işinə başlayan Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında ÜST-nın Avropa üzrə Regional Bürosunun Qeyri-infeksion xəstəliklər və sağlamlığın möhkəmləndirilməsi şöbəsinin direktoru Gauden Galea bildirib. Gauden Galea Azərbaycanın 2005-ci ildə ÜST-nin tütünə qarşı mübarizə üzrə Çərçivə Konvensiyasına imza atdığını və bu sənədin tütün istehsalının nəzarətdə saxlanılması istiqamətində çox mühüm amil olduğunu bildirib. ?Bu Konvensiya əsasən 5 fəaliyyəti əhatə edir. Təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan da daxil olmaqla heç bir MDB ölkəsində bu Konvensiya tam olaraq həyata keçirilmir. Məsələn, Bakıda və digər paytaxtlarda tütündən istifadənin azaldılması ilə əlaqədar olaraq satılan tütün məmulatlarının üzərində xəbərdarlıqedici qrafik işarələrin olmaması, tütün qiymətlərinin aşağı olması, siqareti tərgitmək istəyənlərə kifayət qədər yardımın göstərilməməsi və ictimai yerlərdə siqaretdən istifadənin qadağan edilməməsi kimi mühüm amillər daxildir?, - deyə ÜST rəsmisi əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA