Bank of Baku-nun ?Gəncə? filialı 4 yazını qeyd edir

img

09-09-2011 [03:01]


Bank of Baku sentyabr ayının 5-i ?Gəncə? filialının 4 yaşını qeyd etdi. ?Gəncə? filialı 2007-ci ildən fəaliyyət göstərir və bu müddət ərzində müştərilərinə bütün bank xidmətlərini yüksək səviyyədə təqdim edərək böyük nəticələrə nail olub. Filialın yaranma tarixi ilə əlaqədar filial direktoru Cavid Bağırov bunları bildirdi: ?Bu 4 il ərzində bir çox həyəcanlı anlar yaşamışıq. Statistikaya əsasən, axırda da olduğumuz hallar olub, birinciliyi əldə etdiyimiz vaxtlar da olub. Amma hədəflərimizə nail olaraq irəliyə doğru addımlayırıq. Ən əsası da odur ki, biz bütün növ müştəri xidmətlərini göstəririk?. Direktorun sözlərinə görə, ?Gəncə? filialının yerləşdiyi məkanda rəqabət həddindən artıq güclüdür: ?Gəncədə və ətraf regionlarda 40-a yaxın bank təmsil olunur. Hesab edirəm ki, bizim filial əlavə üstünlüyə sahibdir, çünki biz Gəncənin xaricində yerləşən daha 8 rayonla işləyirik, o cümlədən, Şəmkir, Göranboy, Daşkəsən, Naftalan, Göyçay, Göygöy və s. Bütün bu istiqamətlərdə müştərilərə hər zaman keyfiyyətli xidmət göstərmişik və göstərməkdə davam edirik, gün ərzində bizim orta hesabla 350-400-ə qədər müştərimiz olur və biz Bank of Baku-nun Gəncədə nümayəndəliyi olaraq yüksək xidmət səviyyəsini daim qoruyub saxlamağa çalışırıq?. Qeyd edək ki, 1 sentyabr 2011-ci il tarixinə olan göstəricilərə əsasən, filialın kredit portfelinin həcmi 11,6 mln manat təşkil edir, depozit portfelinin həcmi 1,7 mln manatdan çox, müştərilərin ümumi sayı isə 12 mindən çoxdur. Filialın 4 illiyi ilə əlaqədar sentyabrın 5-i bütün müştərilərə şirniyyat, xidmət olunan hər 4-cü müştəriyə isə korporativ hədiyyələr təqdim olunmuşdur. Xatırladaq ki, Bank of Baku-nun?Gəncə? filialı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küç., 38 ünvanında müştərilərə xidmət göstərir. Bank of Baku-nun fəaliyyəti haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA