Nazirlik ətin qiymətindəki bahalazmanı müzahidə etməyib

img

07-09-2011 [12:37]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkədə ətin qiymətində süni bahalaşma faktları qeydə almayıb. Nazirlikdən verilən məlumata görə, son vaxtlar ölkədə ətin qiymətində müəyyən artım müşahidə olunur. Bununla əlaqədar Dövlət Xidməti ət satışı məntəqələrində monitorinqlər keçirib. Nəticədə qiymətlərin süni şəkildə artırılması faktları aşkar edilməyib. Tədqiqatlar göstərir ki, ətin qiymətində artım yemin və onun komponentlərinin qiymətinin artması, eləcə də qaramalın idxal edildiyi qonşu ölkələrdə ətin qiymətinin bahalaşması ilə əlaqədardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA