AiF xətti ilə ?unibank?ın ayırdığı ipoteka kreditlər üzrə portfeli 17,5 mln. manata çatib

img

05-09-2011 [04:55]


?Unibank? ASC-nin, Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən yenidən maliyyələşdirilən ipoteka portfelinin həcmi 17,5 milyon manata çatdırıb. İlin əvvəlindən ?Unibank?, AİF-in müvəkkil banklarından biri kimi, vətandaşlara 4 milyon 200 min manat məbləğində 111 ipoteka krediti ayırıb. Bu göstərici ölkə üzrə İpoteka Fondu xətti ilə verilən kreditlərin 7% təşkil edir. Bütövlükdə isə, 2006-cı ildən 2011-ci ilin avqustun 31-ə qədər, Bank tərəfindən 447 ipoteka krediti ayrılıb. Onlar sırasında sosial ipoteka üzrə 1 milyon 226 min manat həcmində 40 kredit vardır. Qeyd edək ki, 2011-ci ilin yanvar-avqust aylarında ?Unibank?ın ipoteka portfeli 35%, borcalanların sayı isə 30% artmışdır. Ötən ilin yekunlarına görə, ipoteka portfelinin artımı 5,25 milyon AZN səviyyəsində olmuşdur. 2011-ci ilin sonuna isə Bankın AİF xətti ilə ayırdığı ipoteka kreditlər üzrə məcmu portfeli ən azı 18 mln. manat səviyyəsində gözləınilir. Xatırladaq ki, 2009-cu ilin iyun ayının 1-dən ?Unibank? AİF xətti ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa etmişdir. Yaşayış evlərin alınması üçün kreditlər Bank tərəfindən İpoteka Fondunun, AİF-in öz istiqrazlarını buraxmasından əldə etdiyi vəsaiti hesabına verilir. İpoteka kreditləri manatla və ancaq Azərbaycan vətəndaşlarına, 3 ildən 25 ilə qədər müddətə ayrılır. Kreditin maksimal məbləği 50 min manatdan artıq ola bilməz, borcalanın ilkin ödəməli olduğu haqq isə onun tərəfindən alınacaq yaşayış sahəsinin ən azı 20%-ni təşkil etməlidir. AİF-in şərtlərinə görə, ipoteka kreditləri 8%-dən artıq olmayan faiz dərəcəsi ilə verilirlər. Kredit üzrə aylıq ödəniş borcalanın məcmu gəlirinin 70%-ni aşmamalıdır. Bu zaman borcalan mütləq öz həyatını və əmək qabiliyyətini, habelə ipoteka ilə əldə olunan əmlakı sığorta etməlidir. Sosial ipoteka üzrə verilən kreditin maksimal həcmi 35 min manat təşkil edir, borcalanın ilkin ödəmə haqqı isə, müvafiq olaraq, onun tərəfindən alınacaq yaşayış sahəsinin dəyərinin 15%-dən az olmamalı, faiz dərəcəsi isə - 4% təşkil edir. Vətəndaşalrın ipoteka krediti almaq üçün ərizələri ciddi növbəlilik qaydasında qəbul edilir və nəzərdən keçirilir. Hazırda ipoteka kreditlərinin verilməsi Bankın Bakıdakı 3 filialı - ?Yasamal?, ?Sahil? və ?Neftçilər? filialları, habelə iki regional filial - Sumqayıt və Gəncə filialları - vasitəsi ilə aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA